738 milyard dollarlıq büdcəni təsdiqlədi
ABŞ Prezidenti Donald Tramp 2020-ci maliyyə ili üçün 738 milyard dollar həcmində müdafiə büdcəsini imzalayıb.
Müdafiə büdcəsi 2019-cu maliyyə ili ilə müqayisədə (716 milyard dollar) 3,1% çoxdur.
Belə ki, Pentaqonun əsas ehtiyacları üçün 635 milyard dollar, Əfqanıstan, Suriya və Yəməndə hərbi əməliyyatların davam etdirilməsi və digər ölkələrdə terrorçulara qarşı mübarizə üçün isə 71,5 milyard dollar ayrılıb.
31,5 milyard dollar məbləğində vəsait ABŞ-ın Energetika Nazirliyi vasitəsilə nüvə silahlarının döyüş hazırlığının qorunmasına və onların modernləşdirilməsinə, eləcə də digər müdafiə ehtiyaclarına sərf olunacaq. Bundan əlavə, sənəddə ABŞ qoşunlarının müstəqil bir növü olaraq Kosmik Qüvvələrin yaradılması da göstərilib. Müdafiə büdcəsinə həmçinin "Şimal axını-2" qaz kəmərinə qarşı sanksiyalar və Ukraynaya hərbi yardım daxil edilib.
Ukrayna
Ukraynaya hərbi yardıma gəlincə, büdcədən ayrılan vəsait hesabına bu ölkə sahil müdafiə sistemini və gəmi əleyhinə raketlərin tədarükünü təmin edəcək. Bunun üçün 300 milyon dollar ayrılması planlaşdırılır ki, bu da 2019-cu ildən 50 milyon dollar çoxdur.
Rusiya
Müdafiə büdcəsinə həmçinin “Şimal axını-2” və “Türk axını” qaz kəmərinə qarşı sanksiyalar da daxil edilib. Rəsmi Moskva ilə hərbi sahədə birbaşa əməkdaşlığa qoyulan embarqo uzadılıb, ABŞ hökumətinə Krımın Rusiya tərəfindən ilhaqını tanımaq qadağan edilib. Avropanın Rusiyanın təsirinə qarşı mübarizə aparması üçün 734 milyon dollar ayrılıb.
Çin
Konqres administrasiyaya Rusiya-Çin hərbi tərəfdaşlığının inkişafını izləməyi tapşırıb. Honkonqdakı etirazçılara dəstək ifadə edilib. Bundan başqa sənəddə ABŞ tərəfinin Tayvanın müdafiə qabiliyyətini və döyüş hazırlığını ortaq təlimlər və silah satışları ilə artırmaq niyyətində olduğu göstərilib. Eyni zamanda ABŞ Çinin hərbi fəaliyyətini və Arktikaya birbaşa yatırımını yaxından izləyəcək. Bundan əlavə, Çinin pilotsuz uçuş aparatlarının alınması, yeni orta mənzilli və daha qısa mənzilli yerüstü raketlərin alınması və yerləşdirilməsi qadağan edilib.
Türkiyə
Sənəd Türkiyəyə beşinci nəsil “F-35” qırıcılarının satışını da qadağan edir. Türkiyənin Rusiyadan “S-400” zenit-raket sistemlərini alması nəticəsində prezident (Red- Donald Tramp) “Rusiyanın Avropa və Avrasiyada təsirinə qarşı mübarizə haqqında” Qanunun müddəalarına uyğun olaraq Türkiyəyə qarşı sanksiyalar tətbiq edə biləcək. Lakin, Pentaqon “S-400”lərin alınmasına baxmayaraq Ankaranın bu proqramdan kənarlaşdırılmasından əvvəl ABŞ aviabazasında türkiyəli pilotların təlimləri üçün istifadə olunan altı ədəd “F-35” təyyarəsinin saxlanmasına 30 milyon dollar xərcləyə bilər.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
4 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























