Neftin ucuzlaşması Azərbaycanın cari hesabını "vurdu" - 1 MİLYARD DOLLARDAN ÇOX AZALMA
Ötən cümə günü Mərkəzi Bank 2019-cu ilin 9 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansı göstəricilərini dərc etdi. Məlum oldu ki, 2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın tədiyyə balansının profisiti 502 milyon dollar və ya 13,7% artaraq 4 milyard 167 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə tədiyyə balansının profisiti 3 milyard 665 milyon dollar təşkil etmişdi.
"Marja"nın məlumatına görə, diqqəti cəlb edən, Cari Əməliyyatlar Balansının kəsirinin artmasıdır. Azərbaycanın cari әmәliyyatlar hesabında neft-qaz sektoru üzrə profisit azalıb, eyni zamanda qeyri-neft sektoru üzrə kəsir artıb. Bəs tədiyə balansı necə artıb?
PROFİSİT AZALIB, KƏSİR ARTIB
Tədiyyə balansı göstəricilərini təhlil etdikdə məlum olur ki, artım maliyyə hesabı kəsirinin azalması və balanslaşdırıcı maddәlәrin artması hesabınadır. Belə ki, 2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında Azərbaycanın cari hesabı (cari əməliyyatlar balansının saldosu) 1 milyard 85 milyon dollar azalaraq 4 milyard 3 milyon dollar təşkil edib. Ötən ilin 9 ayı üzrə cari hesab 5 milyard 88 milyon dollar idi.
Cari əməliyyatlar balansına daxil olan xarici ticarət balansının profisiti 438 milyon dollar azalaraq 6 milyard 897 milyon dollara düşüb. Xidmətlər balansının kəsiri isə 532 milyon dollar artaraq 1 milyard 841 milyon dollar yüksəlib.
Mərkəzi Bankın press-relizinə görə, neft-qaz sektoru üzrə profisit ötən ilin müvafiq dövrünə nəzərən 6.9% (677 milyon dollar) azalaraq 9.2 milyard dollar, qeyri-neft sektoru üzrə Cari Əməliyyatlar Balansının kəsiri isə 8.5% (408 milyon dollar) artaraq 5.2 milyard dollar məbləğində olmuşdur. Nəticədə cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtmüşdür. Cari Əməliyyatlar Balansının profisitinin əsas səbəbi xarici ticarət balansındakı böyük profisitdir. 2019-cu ilin 9 ayı üzrə xarici ticarət dövriyyəsi 23.1 milyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 12.4 milyard dollar həcmində yaranmış profisit, qeyri-neft sektoru üzrə 5.5 milyard dollarlıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 6.9 milyard dollarlıq (6% azalma) profisit yaranmışdır (2018-ci ilin eyni dövründə profisit 7,3 milyard dollar idi).
Qısası, Azərbaycanın cari әmәliyyatlar hesabında neft-qaz sektoru üzrə profisit azalıb, eyni zamanda, qeyri-neft sektoru üzrə kəsir artıb. Xarici ticarət balansının profisiti də azalıb. Bu il neftin qiymətinin daha aşağı olması profisitlərin azalmasında əks olunub. Qeyd edək ki, 2019-cu ilin 9 ayında tədiyə balansı hesablamalarında xam neftin faktiki orta qiyməti 64 dollar (2018-ci ilin 9 ayında 71 dollar) olmuşdur.
ÖLKƏDƏN VALYUTANIN ÇIXIŞI KƏSKİN AZALIB
Maliyyә hesabındakı kəsirin 7 dəfədən çox azalması tədiyyə balansının artmasını təmin edib. Belə ki, 2018-ci ilin 9 ayı üzrə 2 milyard 463 milyon dollar təşkil etmiş kəsir 2019-cu ilin 9 ayında 340 milyon dollar təşkil edib (2 milyard 123 milyon dollar azalma). Maliyyә hesabındakı kəsirin azalmasının əsas səsəbi hesabın aktivindəki “digər investisiyalar” bəndi üzrə kəsirin, öhdəliklərində isə profisitin yaranmasıdır. Digər investisiyalara - depozitlər və nağd valyuta, kredit və ssudalar, ticarət kreditləri və avanslar üzrə maliyyə hərəkəti daxildir. 2019-cu ilin 9 ayında Maliyyә hesabının aktivlərindəki digər investisiyalar üzrə 1 milyard 373 milyon dollar kəsir olub. Yəni, Azərbaycandan xaricə valyuta depozit, kredit, avans və nağd valyuta şəkilində valyuta axını yox, geri qayıtma olub. Ötən ilin 9 ayında ölkədən depozit, kredit, avans və nağd valyuta şəkilində 1 milyard 163 milyon dollar çıxmışdı. İki devalvasiyanın olduğu 2015-ci ildə isə ölkədən depozit, kredit, avans və nağd valyuta şəkilində 10 milyard 81 milyon dollar çıxmışdı.
Hesabın öhdəliklərindəki “digər investisiyalar” bəndi üzrə ölkəyə 250 milyon dollar daxil olub. Qısası, ölkədən depozit, kredit, avans və nağd formalarında valyutanın hərəkətinin müsbətdə olması, Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyaların azalması tədiyyə balansının (ölkənin ehtiyat aktivləri) artmasına səbəb olub.
Ehtiyat aktivləri - Cari əməliyyatlar və Maliyyə hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
11 d. əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
19 d. əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
30 d. əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 37 d. əvvəl
- 56 d. əvvəl
-
59 d. əvvəl
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
-
1 saat əvvəl
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Ən çox oxunanlar
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"
3,4 milyard manatlıq güzəşt: Dövlət bu azadolmaları yenidən ölçür
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib
Avropada satılan hər 10 yeni avtomobildən biri Çin istehsalıdır


























