Azərbaycan beynəlxalq aləmdə donor ölkə statusu aldı
2019-cu ilin yanvar ayında ölkə Prezidenti İlham Əliyev Dünya Bankının (DB) keçmiş baş icraçı direktoru, Beynəlxalq Valyuta Fondunun hazırki icraçı direktoru xanım Kristalina Georgiyeva ilə Davosda keçirdiyi görüşündə DB ilə əməkdaşlığı yüksək qiymətləndirmiş və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulamışdır. Xanım Georgiyeva Azərbaycanın nail olduğu maliyyə-iqtisadi qüdrətini nəzərə alaraq Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) yoxsul ölkələrə yardım proqramına donor ölkə kimi qoşulmasını təklif etmişdir. Qeyd etmişdir ki, Azərbaycan vaxtilə DB-dən yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrilib. Bu da son iyirmi ildə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların nəticəsində mümkün olub. Dövlətimizin başçısı DB-nin sözügedən proqramda Azərbaycanın donor kimi çıxış etmək təklifini məmnuniyyətlə qəbul etmişdir.
Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda bildirilir ki, 12 dekabr 2019-cu il tarixində İsveçin Stokholm şəhərində keçirilən BİA-nın 19-cu Resurslara Əlavələr Təşəbbüsü üzrə yekun iclasında Azərbaycanın vaxtilə BİA-dan kredit alan ölkədən DB-nin yoxsul ölkələrə yardım proqramına dəstək göstərən donor ölkəyə çevrilməsi barədə rəsmi qərar qəbul edilmişdir. Bununla da Azərbaycan BİA-ya yalnız maliyyə dəstəyi göstərən ölkə yox, eyni zamanda BİA ölkələri ilə özünün uğurlu inkişaf təcrübəsini bölüşməyə hazır ölkə kimi qiymətləndirilmiş olub.
Azərbaycanın BİA-ya donor ölkə olması onun beynəlxalq arenada nüfuzunun artması və etibarlı qlobal tərəfdaş olmasının yeni bir nümunəsidir. Hazırda BİA-ya üzv olan 173 ölkədən yalnız 55-i donor ölkə statusuna malikdir.
Qeyd etmək lazımdır ki, əslində Azərbaycan vaxtilə BİA üzrə kreditlərin böyük hissəsini vaxtından əvvəl ödəməklə quruma donorluq dəstəyi göstərmişdir. Belə ki, 2012-ci ildə BİA Azərbaycanın böyük iqtisadi uğurlara nail olduğunu, maliyyə qüdrətinin artdığını və bunun nəticəsində dünyada yuxarı orta gəlirli ölkələr sırasına daxil olduğunu nəzərə alaraq, qalıq borcların ödənilməsinin sürətləndirilməsi və vaxtından əvvəl qismən ödənilməsi üçün Azərbaycana müraciət etmişdir. Azərbaycan bu müraciətə dəstək olaraq 2013-cü ildə BİA-ya 300 milyon dollar vəsait ödəmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























