Xəzərdə ən dərin quyu qazılıb
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətinin hasilat üzrə prezidenti Arnaud Breuillacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Şirkətdən bildirilib ki, görüşdə iki şirkətin əməkdaşlığının “Abşeron” layihəsi çərçivəsində nailiyyətləri və əməkdaşlığın hazırkı effektivlik səviyyəsində davamlı olması üçün tədbirlər müzakirə olunub.
Bildirilib ki, “Abşeron” yatağında SOCAR-ın Heydər Əliyev adına yarımdalma qurğusu ilə qazılan quyuda işlər tamamlanıb. Qiymətləndirmə və hasilat üçün nəzərdə tutulan bu quyu 7411 metr dərinliyə qazılmaqla, hazırda Xəzər dənizində ən dərin quyudur.
“Total”ın hasilat üzrə prezidenti A.Breuillac qeyd edib ki, “Abşeron” yatağında həyata keçirilən bu layihə şirkətin son 10 ildə ən böyük kəşfidir. “Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biridir. Tərəflər, hər birinin 50 faizlik paya malik olduqları JOCAP birgə əməliyyat şirkətinin gələcəkdə layihənin idarəetməsini həyata keçirməsi fikrini təqdir ediblər.
SOCAR-ın prezidenti R.Abdullayev yataqların işlənilməsi və məhsulun reallaşdırılması üçün infrastrukturun əsas şərt olduğunu vurğulayaraq bildirib ki, hazırda Azərbaycan Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktura malik olduğu üçün müxtəlif yataqlardan hasil edilən məhsulların xarici bazarlara çıxarılması mümkündür. Bu da “Abşeron” və digər yataqların işlənilməsində Azərbaycanın və SOCAR yaratdığı kommersiya üstünlüyü və layihənin gəlirliyinə təsir göstərən mühüm töhfədir.
Görüşdə Xəzərin Azərbaycan sektorunda kəşfiyyat işlərinin aparılması ilə bağlı perspektivlər müzakirə olunub, qeyd edilib ki, SOCAR-ın təşəbbüsü və müxtəlif şirkətlərin iştirakı ilə Azərbaycanda planlaşdırılan genişmiqyaslı geoloji kəşfiyyat işləri layihəsi bütün ölkə ərazisini əhatə edə bilər və bunun sayəsində ölkəmizin neft və qaz potensialı tam dəqiqləşəcək.
Qeyd edək ki, “Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və “Total” şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir. Qazma işləri SOCAR-ın “CDC” şirkəti tərəfindən aparılıb. İki lülədən ibarət olan qiymətləndirmə və hasilat məqsədli quyunun qazılması bu ildə başa çatıb. Məhsulun sahilə çıxarılması üçün lazım olan bütün sualtı avadanlıqlar hazırda Azərbaycandadır. Qurulan sualtı infrastruktur vasitəsi ilə məhsul Neft Daşlarındakı qəbuledici platformaya, orada isə sahilə çıxarılacaq. 2021-ci ildə quraşdırma işlərin tamamlanması və ilk məhsulun çıxarılması nəzərdə tutulur. Çıxarılacaq ilk qaz həcmləri Azərbaycanın daxili bazarının tələbatına yönləndiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























