“Şimal -Cənub” dəhlizi qiymətlərdə 30- 40, vaxtda isə 50 faiz qənaətə imkan yaradacaq"
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda bildirilir ki, görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd olunub ki, Hindistan və Azərbaycan arasında tarixi bağlar, inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri var. İki ölkə arasında bir çox sahələrdə biznes və ticarət əlaqələri getdikcə artır. Eyni zamanda Azərbaycanla Hindistan arasında “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizi layihələri çərçivəsində sıx əməkdaşlıq mövcuddur.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ölkəmizin nəqliyyat-logistika imkanları, beynəlxalq və regional layihələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.
Xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin əhəmiyyətindən danışan Cavid Qurbanov bildirib ki, bu dəhlizin yaradılması həqiqətən də tarixi hadisədir. Dəhlizin inkişafı həm Hindistan, həm Azərbaycan, həm də bütün iştirakçı ölkələr üçün önəmli məsələlərdəndir. Çünki bu marşrut Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən bir layihədir. Proqnozlar göstərir ki, bu dəhliz tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə sözügedən regionun Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Bu marşrut optimal və iqtisadi cəhətdən məqsədəuyğundur. Marşrutun yük bazasını Hindistan və Fars Körfəzi ölkələrinin Rusiya, Skandinaviya və Şimali Avropa ölkələri ilə ticarət əlaqələri təşkil edir. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının iki-üç dəfə az olmasıdır.
Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna beynəlxalq nəqliyyat layihələrinin reallaşmasında Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib. O qeyd edib ki, Hindistan hökuməti də dəmir yollarının beynəlxalq səviyyədə təkmilləşdirilməsi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinin fəaliyyətinin gücləndirilməsi üçün önəmli addımlar atıb.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Cavid Qurbanov həmçinin qeyd edib ki, Hindistanın Mumbay limanı və Hindistan Konteyner Korporasiyası (CONCOR) nümayəndə heyəti noyabrın 28-də ölkəmizə səfər edəcək. Sədr Azərbaycan və Hindistan dəmir yolları sahəsində yükdaşımaların təşkili ilə bağlı xidmətlərin göstərilməsi üçün bütün imkanların mövcudluğunu deyib. İki ölkənin limanları arasında ticari əlaqələrin qurulmasının bu istiqamətdə əhəmiyyətindən söhbət açılıb. Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna diplomatik missiyası müddətində Azərbaycanda nəqliyyat, xüsusilə də dəmir yolları sahəsinə böyük maraq göstərildiyinin şahidi olduğunu qeyd edib. Bu əməkdaşlığa töhfə vermək istədiyini bildirən səfir diqqətə çatdırıb ki, hazırki statistik göstəricilərə görə, Azərbaycanla Hindistan arasındakı ticarət dövriyyəsində əsas yeri xam neft tutur. Diplomat qeyd edib ki, tədqiqatlara görə “Şimal -Cənub” nəqliyyat dəhlizi mövcud qiymətlərdə 30- 40, vaxt baxımından isə 50 faiz qənaətə imkan yaradacaq. Bu baxımdan hər iki ölkənin birgə maraqları çərçivəsində layihənin qısa zamanda fəaliyyətinin daha da artırılmasının məqsədəuyğun olduğu vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
24 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu


























