Bakı-Tbilisi-Qars xəttinin sayəsində bir ilk - TARİXƏ DÜŞDÜ
Çinin Sian şəhərindən yola düşən və Bakı-Tbilisi-Qars dəmir yolu ilə Ankaraya çatan “China Railway Express” yük qatarının noyabrın 6-da təntənəli şəkildə qarşılanma və buradan Avropaya yola salınma mərasimi keçirilib. 42 konteynerdən ibarət “China Railway Express” blok qatarı İstanbul boğazından keçməklə polad magistrallar üzərində Avropaya hərəkət edən ilk yük qatarıdır.
Çindən yola çıxıb Azərbaycan və Gürcüstandan da keçərək Türkiyəyə daxil olan qatar, Mərmərəni (Marmara) istifadə edərək Avropaya keçən ilk yük qatarı olub.
"Marja" xəbər verir ki, Çinin Sian şəhərindən yola çıxan "China Railway Express" (Çin Dəmiryolu Ekspressi), Ankarada rəsmilər tərəfindən yola salınmasının ardından Mərmərə xəttinə daxil olub. "Ayrılık Çeşmesi" dayanacağına gələn qatar "Üsküdar", "Sirkeci", "Yenikapı" və "Kazlıçeşme" dayanacaqlarını keçərək Zeytinburnuna çatıb.
Uzunluğu 820 metr olan 42 konteyner yüklü vaqonla hərəkət edən qatar, Avropaya çataraq tarixə düşüb.
Konteynerlərin Avropa qitəsinə keçişi 2 hissəli reallaşdırılıb. Konteyner yüklü 21 vaqonu Türkiyə Dövlət Dəmiryollarına aid bir lokomotiv, qalan qisimi də Çindən yola çıxan lokomotiv çəkib.
Çindən Avropaya kəsintisiz gedən ilk yük qatarı "China Railway Express", 2 qitə, 10 ölkə, 2 dənizi aşaraq, 11 min 483 kilometrlik yolu 12 gündə qət edəcək və son dayanacağı Praqaya çatacaq.
Yükün, Bakı-Tbilisi-Qars (BTQ) xəttinin və Mərmərənin istifadə edilərək orta koridor üzərindən daşınması, digər koridorlara görə zaman və enerji qənaəti təmin edəcək.
Türkiyə yolunda Ahılkelek, Kars, Erzurum, Erzincan, Sivas, Kayseri, Kırıkkale, Ankara, Eskişehir, Kocaeli və İstanbuldan keçən qatar, Kapıkule-dən (Edirnə) çıxış edərək, Bolqarıstan üzərindən yoluna davam edəcək.
Avropa ilə Asiya arasında illik ticarət dövriyyəsi 21 trilyon ABŞ dolları təşkil edir. Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu yükdaşımada yeni mərhələnin əsasını qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
34 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu


























