Bakıda yeni Jaguar avtomobili təqdim edildi - QİYMƏTİ
BMW 3 Serisi ve Mercedes-Benz C Seris-in rəqiblərindən biri - Yeni Jaguar XE-nin Azərbaycanda satışlarına başlanılıb.
Jaguar və Land Rover markalarının ölkəmizdə rəsmi distribyutoru “Avtolüks Azərbaycan” şirkəti yeni Jaguar XE 2020 modelinin təqdimantını keçirib.
“Marja”nın məlumatına görə, Sentyabrın 21-də “BakuBus”ın Sürücü Təlim Mərkəzində baş tutan təqdimat mərasimində bildirildi ki, premium marka olan Jaguar hər zaman öz konsepsiyası və fəlsəfəsi ilə fərqlənib.
Üstün idman üslubu, qabaqcıl texnologiyaların tətbiq edilməsi, ən yüksək səviyyədə komfort, fərqli dizayn elementləri Jaguar-ı rəqiblərindən fərqlənidirir.
AVTOMOBİLİN XARİCİ VƏ DAXİLİ HİSSƏSİ TAM YENİLƏNİB
"Avtolüks Azərbaycan" şirkətinin Marketinq və Reklam meneceri İlkin Qurbanov bildirdi ki, Jaguar XE-nin həm eksteryeri (xarici hissəsi), həm də interyeri (daxili hissəsi) tam yenilənib: “Eksteriyerində ən çox diqqəti çəkən dəyişiklik yeni radiator barmaqlığı və fənərlərdir. Tam yeni dizayn olunmuş radiator barmaqlığı və led əsaslı fənərlər avtomobilə yeni status gətirir. Modelin interyerinə gəldikdə isə burada rahatlığı təmin edə biləcək bütün elementlər öz yerini tapıb. İnteryerdəki ən xırda detallar belə premium materiallardandır”.
YENİ NƏSİL MÜHƏRRİK BÖYÜK QƏNAƏT TƏMİN EDİR
"Avtolüks Azərbaycan" şirkətinin Satış meneceri Elmir Xəlilov “Marja”ya bildirdi ki, təqdim edilən Jaguar XE avtomobili 250 at gücündə 2 litr mühərriklə təchiz edilib: “Jaguar XE yeni nəsil mühərrik ilə təchiz edilir. Əsas özəlliyi yanacaq sərfiyyatının az olmasıdır. Avtomobilin arxa çarxları çəkən və 4 çarxları çəkən (4x4) versiyaları var. Ümumiyyətlə, Jaguar XE-nin S, SE, HSE və R-Dinamic dəstləri (təchizat) mövcuddur. Hər bir dəsti sifariş vermək mümkündür.
Jaguar-ı sürənlər onun ayrı bir həzz verdiyini bilirlər. Jaguar XE gündəlik şəhərdaxili sürmək üçün nəzərdə tutulmuş premium sedan avtomobildir”.
Elmir Xəlilov əlavə etdi ki, sələfi ilə müqayisədə yeni Jaguar SE-də Jaguar-a xas innovasiyalar çoxdur. Avro 6 standartının tələblərinə cavab verən yeni Jaguar XE 100 km-də ortalma 4,9 llitr yanacaq sərf edir. Avtomobilin maksimum sürəti 250 km/saat-dır.
QİYMƏT
Şirkətin Satış meneceri əlavə etdi ki, Jaguar XE-nin qiymətləri təxminən 65 min dollardan başlayır: “Hazırda təqdim edilən təchizatın qiyməti 72 min 200 dollardır. Bu SE dəstinin nisbətən zəngin təchizatlı versiyasıdır”.
Jaguar XE markanın indiyə qədər istehsal etdiyi ən təkmil, ən qənaətcil və ən keyfiyyətli idman sedan avtomobilidir. Sinfinin ən yaxşısı təhlükəsizlik səviyyəsinə malik olan və Euro NCAP sınaqlarında maksimum 5 ulduz əldə edən Jaguar XE, fövqəladə bir toqquşma mühafizəsi təqdim edərək sərnişin və piyada təhlükəsizliyi daxil olmaqla bütün kateqoriyalarda yüksək xal əldə edib. Jaguar XE ailə avtomobili kateqoriyasında da ən təhlükəsiz avtomobil seçilib.
Qeyd edək ki, “BakuBus” sürücü – təlim mərkəzində Jaguar və Land Rover modellərinin sınaq yürüşləri təşkil edilir. Maraqlananlar Jaguar və Land Rover modellərini idarə edərək sınaqdan keçirə bilərlər.
Rəsmi satış mərkəzi: "Avtolüks Azərbaycan"
Ünvan: Bakı şəh., Nərimanov r-nu, Aşıq Molla Cümə küç.42B
Tel: +994 12 983
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
10 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























