Qadağa bu gecədən qüvvəyə minəcək
Bu gecədən etibarən “Baku 2019” - Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minəcək.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, qadağa iyulun 20-si gecə saat 00:00-da başlayacaq və 28-i gecə 24:00-dək davam edəcək.
O qeyd edib ki, bu müddət ərzində yollardakı sarı zolaqlarda yalnız xüsusi nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək: “Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkəti avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yaradacaq. Bu zolaqlar üzərində hərəkətin qadağan olduğunu bildirən yol nişanları da qoyulub. Bununla bağlı yetərincə təbliğat aparılıb. Burada söhbət sürücülərin cərimələnməsindən getmir. Biz bununla “Baku 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının mahiyyətini sürücülərə çatdırmaq istəyirik”.
V.Əsədov qadağa qüvvədə olduğu müddətdə sürücüləri sarı zolaqlar üzrə hərəkət etməməyə çağırıb: “Biz sürücülərdən Bakıda süni sıxlığın və tıxacların yaranmaması üçün ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik. Onlara Sarı zolaqlar üzrə Təşkilat Komitəsi tərəfindən xüsusi tanınma nişanları (avtomobilin ön və arxa şüşəsi üzərində xüsusi emblem) olan avtomobillərin hərəkətinə şərait yaratmalarını tövsiyyə edirik. Bundan əvvəlki dövrlərdə Bakıda keçirilmiş idman tədbirləri zamanı Bakı yollarına sarı rəngli zolaqların tətbiq edilməsinin müsbət nəticələrini nəzərə alaraq, diqqətə çatdırırıq ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar”.
İdarə rəsmisi vurğulayıb ki, həmin günlərdə paytaxt küçələrində gücləndirilmiş iş rejimində çalışan yol polisləri hər bir sürücünün mənzil başına çatmasını təmin edəcək.
Qeyd edək ki, “Baku 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq paytaxtın “Ziya Bünyadov”, “Q.Qarayev”, “Neftçilər”, “Atatürk”, “H.Ələsgərova”, “Azadlıq”, “Z.Əliyeva, “Tiblisi, “Moskva”, “Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























