Turizm cənnətinə gedən yol təmir edilir
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 96-cı km-dən götürən Qax-İlisu marşrutu üzrə avtomobil yolunun yenidən qurulması uğurla davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Qax-İlisu marşrutu üzrə 35.5 km uzunluğunda olan avtomobil yolu 4 hissədən ibarətdir. Bura yolun uzunluğu 13.2 km olan Qorağan-Qax şəhəri hissəsi, ümumi uzunluğu 6.3 km olan Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndlərinin giriş yolları, 7.9 km olan Qax şəhərinin mərkəzi hissəsi – Heydər Əliyev prospekti və 8.1 km olan Qax şəhəri-İlisu kənd hissəsi daxildir.
1973-1975-ci illərdə inşa olunmuş III texniki dərəcəli avtomobil yolunun Qorağan-Qax şəhəri hissəsinin torpaq yatağı yol kənarı ərazilərdən istifadə etməklə yığılmış qrunt hesabına inşa olunub, bəzi hissələrdə yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə idi və avtomobil yolu meşə zolağından keçdiyi üçün yolun çiyinləri texniki dərəcəyə uyğun gəlmirdi.
Qara örtükdən ibarət yolun yaşayış məntəqələrinə giriş hissələrində torpaq yatağının orta eni 6.5-8 metr təşkil edirdi və yolun torpaq yatağı yol kənarı ərazilərdən istifadə etməklə yığılmış qrunt hesabına "damba" şəklində inşa olunub. IV texniki dərəcəli yolun çiyin hissəsinin orta eni 0.4-0.5 metr təşkil edir.
Avtomobil yolunun Qax şəhərinin mərkəzi - Heydər Əliyev prospektində yolun eni 14.2 metr təşkil etməklə 2 və 4 hərəkət zolağından ibarətdir. Ayırıcı zolaq və piyada səkilərinə döşənmiş tamet daşlarının və beton səki daşlarının bəziləri sınıb və çökərək istismara yararsız vəziyyətə düşüb.
Yolun Qax şəhəri – İlisu hissəsində isə yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə idi. İlisu kəndi ərazisində yolun uzununa mailliyi 30 % də çox olduğundan və atmosfer sularının yoldan kənarlaşdırılması üçün küvetlər olmadığından yolun hərəkət hissəsində yuyulmalar, çiyin hissəsində 0.5 metr dərinliyində yarğanlar əmələ gəlib.
Ümumilikdə isə Qorağan-Qax-İlisu avtomobil yolu uzun illər istismar olunduğundan, yol örtüyündə aşınmalar, tor şəkilli çatlar, qabarmalar və çökmələr əmələ gəlib. Sadalanan problemlərin aradan qaldırılması üçün hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən III və IV texniki dərəcəyə uyğun təmir-tikinti işləri görülür.
Layihəyə uyğun olaraq yol geyiminin və torpaq yatağının yararsız hissələri sökülüb, yolun torpaq yatağının çiyinlər hesabına genişləndirilməsi işləri görülüb, sökülmüş və genişləndirilmiş hissələrdə yararlı karxana materialından əks-dolğu işləri aparılmaqla yeni yol yatağı inşa edilib. Bunun ardınca isə layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsası inşa aparılır və yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
Bundan başqa, avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalmış, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranmışdır. Suötürücü borular istismar üçün yararsız vəziyyətə düşmüşdüyündən
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
8 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























