Elektron Ticarətin İnkişafında Lider Bank - AGBank ASC!
(©) Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası nağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində müxtəlif nominasiyalar üzrə müsabiqə nəticələrini elan etmiş və qalib bankları mükafatlandırmışdır.
“Elektron Ticarətin İnkişafında Lider Bank” nominasiyasında l yer AGBank ASC qazandı!
Mükafatlandırma tədbirində Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev tərəfindən qeyd olundu ki, ölkədə nağdsız ödənişlərin inkişafı Mərkəzi Bankın fəaliyyətinin ən mühüm prioritetlərindən biridir və bu istiqamətlərdə Azərbaycan Banklar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası, aidiyyatı dövlət qurumları, bank sektoru ilə birlikdə davamlı tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirdi ki, qlobal trendlər onu göstərir ki, dünyada bankçılıq fəaliyyətində rəqəmsallaşma və nağdsız iqtisadiyyat quruculuğu istiqamətində çox sürətli proseslər gedir. Nağdsız iqtisadiyyatın inkişafı bank-maliyyə sektorunun dayanıqlığı və onun resurs bazasının gücləndirilməsi deməkdir. Bu da öz növbəsində xərcləri azaltmaqla banklar tərəfindən göstərilən xidmətlərin əlçatanlığını artırır, onların investisiya imkanlarını genişləndirir və iqtisadiyyata kredit qoyuluşlarının artımını sürətləndirir.
1992-ci ildən fəaliyyətə başlayan və bu il öz 27 illiyini qeyd edəcək AGBank ASC bu illər ərzində müştərilərinin etimad və etibarını qazanıb. Hər zaman müştəri məmnuniyyətinə üstünlük verən bank bir çox innovativ xidmət və yenilikləri ilə seçilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























