Türkiyə bankının Azərbaycanda qazancı kəskin azaldı
“Ziraat Bank Azərbaycan” ASC 2018-ci ili 1 milyon 375 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ili 4 milyon 63 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, Türkiyə bankının Azərbaycanda xalis mənfəəti 2,9 dəfə azalıb. Azalmanın səbəbi Bankın əməliyyat mənfəətini artan kredit və depozit risklərinə görə ehtiyata yönəltməsidir.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ildə “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri 19 milyon 137 min manat, o cümlədən faiz gəlirləri 14 milyon 63 min manat, qeyri-faiz gəlirləri 5 milyon 75 min manat təşkil edib. 2017-ci ildə Bankın cəmi gəlirləri 15 milyon 968 min manat, o cümlədən faiz gəlirləri 11 milyon 776 min manat, qeyri-faiz gəlirləri 4 milyon 192 min manat təşkil etmişdi.
2017-ci ildə “Ziraat Bank Azərbaycan” ASC -nin əməliyyat mənfəəti 6 milyon 256 min manat ikən, 2018-ci ildə 7 milyon 93 min manata yüksəlib. Bank əməliyyat mənfəətinin 5 milyon 405 min manatını ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata ayırdığından və 313 min manat mənfəət vergisi ödənildiyindən yekun mənfəət 1 milyon 375 min manata düşüb. Ehtiyata ayırma 2016-cı ildə 434 min manat, 2017-ci ildə 1 milyon 231 min manat olmuşdu. Ayırmanın ildən-ilə artması kredit riskinin və gecikmədə olan kreditlərin artdığına işarədir.
İllik müqayisədə müştərilərə verilən kreditlər 2017-ci ilin sonundakı 67 milyon 884 min manatdan 105 milyon 488 min manata yüksəlib (55% artım).
BANK BÖYÜYÜB
31 Dekabr 2018-ci il tarixində "Ziraat Bank Azərbaycan" 227 milyon 919 min manat cəmi aktivlərə, 160 milyon 486 min manat cəmi öhdəliklərə və 67 milyon 433 min manat cəmi kapitala malik olub.
31 Dekabr 2017-ci il tarixində “Ziraat Bank Azərbaycan” 186 milyon 665 min manat cəmi aktivlərə, 120 milyon 770 min manat cəmi öhdəliklərə və 65 milyon 895 min manat cəmi balans kapitalına malik idi.
Bankın depozit portfeli 2017-ci ilin sonunda 80 milyon 128 min manat ikən, 2018-ci ilin sonunda 80 milton 450 min manata yüksəlib. O cümlədən, əhalinin əmanətləri 37 milyon 211 min manatdan 39 milyon 249 manata qalxıb.
Bank ötən ilin sonunda 63 milyon 935 min manat məcmu kapitala malik olub.
“Ziraat Bank Azərbaycan” üç səhmdardan ibarət olmaqla açıq səhmdar cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası Anonim Şirkəti, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi "Ziraat Sigorta" Anonim Şirkəti və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi "Ziraat Yatırım Menkul Değerler Anonim" Şirkətidir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
6 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
6 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
7 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
7 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
7 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
7 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır



























