“Nikoyl Bank”ın keçmiş sədri Vasili Xamazaya cavab verdi
Mobil Şərifov: Cənab Xamazanın müsahibəsində göstərdiyi ilk "zərf maaşları" “Nikoyl Bank”da onun sədrliyi dövründə verilməyə başlayıb.
“Nikoyl Bank”ın keçmiş İdarə Heyətinin sədri Mobil Şərifov, Bankın bir başqa keçmiş İdarə Heyətinin sədri Vasili Xamazanın Azərbaycanın bank sektorunda və məhkəmələrdəki vəziyyət, burada qarşılaşdığı problemlər və ölkədən getməsinin səbəbləri barədə Rusiya mətbuatına verdiyi müsahibəsinə (Keçmiş bankir şantaj edir – "ƏLİMDƏ SİYAHI VAR") münasibət bildirib.
“Marja” xəbər verir ki, Mobil Şərifov, “Bu şəxsdən öncə həmin bankın idarə heyətinin sədri olduğum üçün yazıya biganə qala bilmədim” qeyd edərək bildirib:
“Vasiliy Xamaza Azərbaycana gələn zaman ölkənin Bank sisteminin ən şəffaf və innovativ banklardan birinə sədr təyin edilmişdi. Heç kəs deyə bilməz ki, 2005-ci ilədək həmin bankda hər hansı iş üçün və yaxud kredit almaq üçün rüşvət vermişdir. “Nikoyl Bank”ın gənc, təşəbbüskar və enerjili komandası o zamankı maliyyə bazarımızda bir çox ilklərə imza atmışdır və qısa zamanda, demək olar ki, bütün göstəricilərinə görə birinci 10-luğa daxil idi. Xüsusi qeyd edilməlidir ki, 2001-ci ildə biizm tərəfimizdən "Ülpər" adlı bank qəbul ediləndə (“Nikoyl Bank”ın əvvəlki adı) bu bankın heç bir proseduru, reytinqi və imici yox idi. Bank nəyinki beynəlxalq ödənişlər üçün vacib olan SWIFT sisteminə qoşulmamışdı, hətta yerli ödənişləri etmək üçün likvidliyi çatmırdı. Eyni zamanda 6-7 işçisinin əmək haqqını belə ödəmək qabiliyyətində deyildi və həmin dövrə 3 aylıq əmək haqqı borcu yığılıb qalmışdı. Plastik kart biznesindən ümumiyyətlə söhbət belə gedə bilməzdi, əmanətlərin məbləği sıfıra bərabər idi. Ən maraqlısı isə bu idi ki, bankın o dövrki Rusiyadan olan səhmdarlarının bu layihəyə marağı və etibarı tam itirilmişdi və 2005-ci ilədək banka heç bir sərmayə yönəlməmişdi. Bu dövrdə yerli bazarda aktiv marketinq tədbirləri nəticəsində əhalidən əmanətlər cəlb edilmiş və bank qısa müddətdə bu göstəriciyə görə banklar sırasında birinci beşlik sırasına qalxmışdır. Cənab Xamazanın müsahibəsində göstərdiyi ilk "zərf maaşları" “Nikoyl Bank”da onun sədrliyi dövründə verilməyə başlayıb. 2005-ci ilədək bütün maaşlar rəsmi və kifayət qədər yüksək olmuşdur. Bankda çalışan hər bir əməkdaş bundan qürur duyurdu. Bank həmin dövrdə bir çox tutarlı sosial yönümlü layihələrə müəlliflik etmişdir. Tələbəlik illəri həmin illərə düşən bir sıra tələbələr də “Nikoyl Bank”ın xüsusi təqaüdlərindən faydalandıqlarını bu gün məmnuniyyət hissi ilə xatırlayırlar.
Vasiliy Xamazanın sədrliyinin ilk addımları bankın keçmiş rəhbərliyinə qarşı qarayaxma fəaliyyətindən başlamışdır və Azərbaycanda fəaliyyət göstərən bütün (!) nəzarət və hüquq mühafizə orqanlarına onun imzası ilə rəsmi müraciətlər daxil olmuşdur. Təbii ki, aparılmış yoxlamalar heç bir qanun pozuntusu aşkar etməmişdir. Bu detalları gətirməklə qətiyyətlə qisasçılıq və yaxud keçmiş dövrün təftişindən tam kənar olaraq bu insanın xarakterində olan həyasızlıq və qarayaxma sindromuna diqqət yetirmək istəyirəm.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Vasiliy Xamaza bütün Azərbaycan qurumlarını, o cümlədən məhkəmə və s. orqanlarını rüşvətxor adlandırır və onları faktiki olaraq cinayət əməllərində ittiham edir. Bu azmış kimi açıq aşkar şantaja keçərək hansısa xülya rüşvət siyahısından dəm vurur.
Cənab Xamaza öz yazısında qeyd etməyi unudub ki, 2005-ci ildə o sədr təyin olunan zaman “Nikoyl Bank”ın kredit portfeli tam işlək vəziyyətdə olmuş və portfeldə ümidsiz kredit olmamışdır. Vasiliy Xamazanın sədrliyi dövründə isə bu göstərici on milyon dollarla ölçülməyə başlayıb. Səbəb? Səbəb çox sadə və banaldır: kreditlərin verilməsində şəxsi maraqların korporativ maraqlardan daha üstün olması. İntriqa ustalığı ilə seçilən Vasiliy Viktoroviç hətta beynəlxalq biznes aləmində öz möhürlərini vurmuş tanınmış həmyerlilərimizi də qarşı-qarşıya qoyduğunu müsahibəsində özü dilə gətirir. Adam banka 500 min pul yatızdırdığını vurğulayır, amma onu tanıyanlar bilir ki, Azərbaycana gəldikdə nəyinki 5 min, heç 500 manat əmanət qoymaq imkanı olmayıb. Burada, xaricdən gələn "dahi mütəxəssisləri" hədsiz hörmətlə və özümüzdən üstün dəyərləndirməyimiz xüsusi vurğulanmalıdır və yəqin ki, millət olaraq həddən artıq tolerantlığımız və qonaqpərvərliyimiz burada xüsusi və mənfi rol oynayır. Bankçılıqdan, risk idarə edilməsindən, menecmentdən anlayışı olmayan birisinin böyük banka rəhbər gətirilməsi təəssüf hissi doğurur. Cənab Xamazanın ölkəmizin biznes mühitini təhlil etmək və hətta siyasi qiymət vermək cəhdləri təbəssümdən başqa bir hiss yaratmaq iqtidarında deyil. Bu cür halları elimizin ağsaqqalları illərin süzgəcindən keçmiş misal ilə tam qiymətləndiriblər: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”.
Müsbət hal kimi vurğulanacaq amil isə bu gün səhmdarın bankın normal fəaliyyətini bərpa etmək əzmi və bank rəhbərliyinə adekvat menecmentin gətirilməsidir”.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 16 d. əvvəl
-
45 d. əvvəl
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
-
- 52 d. əvvəl
-
55 d. əvvəl
"SK Hynix" şirkətinin səhmləri irihəcmli listinq müraciətindən sonra 11% bahalaşıb
-
1 saat əvvəl
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir
-
10 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
11 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 12 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
“Azərbaycan Nəşriyyatı”nın zərəri artıb
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Ən çox oxunanlar
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var






















