Azercell-dən iPhone Xs və iPhone Xs Max ilə Limitsiz İnternet Hədiyyə!
(®) Telekommunikasiya və yeni həllər vasitəsilə insan həyatını asanlaşdırmağı, onun keyfiyyətini artırmağı, ən son texnologiyaları istifadəçiləri üçün əlçatan etməyi hədəfləyən, iPhone X telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı Azercell Telekom oktyabrın 19-dan etibarən iPhone Xs və iPhone Xs Max smartfonları ilə bağlı sərfəli kampaniya ilə abunəçilərini sevindirir.
Yeni kampaniyaya əsasən Azercell Eksklüziv mağazalarına və Fəvvarələr Meydanındakı Azercell Müştəri Xidmətləri Mərkəzinə müraciət edərək iPhone Xs və iPhone Xs Max smartfonlarını alan abunəçilər 6 aylıq pulsuz limitsiz internet qazanacaqlar. Kampaniya şərtləri haqqında daha ətraflı məlumatla www.azercell.com saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 30\42, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12) , Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1), Bərdədə (İsmət Qayıbov küç., 8), Gəncədə (Heydər Əliyev pr., 149), Beyləqanda (Sərdar İmrəliyev küç. 265) və Ağcabədidə (Ü. Hacıbəyli pr., 68) abunəçilərin ixtiyarına verilib.
Məlumat üçün qeyd edək ki, iPhone Xs və iPhone Xs Max iPhone-un ən yeni nəsil modelləridir. Hər iki smartfon Super Retina ekranı ilə təchiz olunub. Həmçinin yeni iPhone modellərinin ekranları 120 GHz tezlikdə çalışır və HDR, Dolby Vision, HDR10 kimi texnologiyaları dəstəkləyir.
Ən yeni iPhone modellərinin təqdimatı ilə bir arada sərfəli kampaniya ilə çıxış edən Azercell öz abunəçilərinə qabaqcıl telekommunikasiya məhsulları və multi-funksional smartfonları daha yaxın etmək niyyətini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
1 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
1 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI




















