"Fed ağlını itirib"
ABŞ Prezidenti Donald Tramp, Nyu-York Birjasındakı kəskin tənəzüllərin ABŞ Mərkəzi Bankının (Fed) faiz artırması ilə bağlı olduğunu bildirərək, "Fedin səhv etdiyini düşünürəm. Bazarlarda şərtlər çox sərtdir. Fed ağlını itirib", - deyib.
"Marja" xəbər verir ki, Tramp, "Air Fors One" təyyarəsində jurnalistlərin ABŞ bazarlarında çərşənbə günü 4%-ə çatan itkilər baş verməsinə dair suallarını cavablandırıb.
Fed-in faizləri çox sürətlə artırdığını qeyd edən Tramp, "Fed-in səhv etdiyini düşünürəm. Bazarlarda şərtlər çox sərtdir. Fed ağlını itirib",- ifadələrini istifadə edib.
Trampın bu ifadələrdən sonra bazarlardakı itkiləri "uzun zamandan bəri gözlənən bir düzəliş" kimi təqdim etməsi isə sual işarələrinə səbəb olub.
ABŞ Prezidenti Donald Tramp, vəzifəsinin icrasına başlayandan bu yana 6 dəfə faiz artıran Fed-i daha əvvəl də tənqid etmişdi.
Nyu-York birjasında "zəlzələ"
Nyu-York birjası, çərşənbə günü son dövrlərin ən pis əməliyyat gününü keçirib, Nasdaq Texnologiya İndeksi 4%-dən çox düşərək son 2 ilin, "Dow Jones" və "Standard & Poor's 500" indeksləri isə müvafiq olaraq 3,15 faiz və 3,29 faiz düşərək son 8 ayın ən böyük itkilərini veriblər.
Analitiklər, qiymətli kağızlarındakı ucuzlaşmanı, ABŞ dövlət istiqrazı faizlərinin son 7 ilin ən yüksək səviyyələrinə qalxması ilə əlaqələndirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
6 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
-
- 38 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
1 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 24-də gözlənilən hava şəraiti
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















