"Yeni “neft şokunun” yaranması riskləri güclənməkdədir"
Qlobal ticarət müharibləri və neft hasilatının artırılması fonunda yeni “neft şokunun” yaranması riskləri güclənməkdədir.
"Marja" xəbər verir ki, bunu Facebook səhifəsində tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
İqtisadçı qeyd edib ki, ABŞ ilə Çin arasındakı danışıqlar yenidən gərgin mərhələyə qədəm qoyub: B"elə ki, Tramp Administrasiyası gələn il 200 milyard dollarlıq Çin məhsullarına 10 faizlik gömrük vergisi tətbiq etmək niyyətindədir. ABŞ-ın Çin məhsullarına tətbiq edəcəyi vergi Asiyanın aparıcı iqtisadiyyatı üçün 0.7 faizlik mənfi təsir deməkdir. Rəsmi Pekin cavab addımları haqda düşünür. Bununla belə, reallıq bundan ibarətdir ki, Tramp adiminstrasiyasının yeni gömrük vergi siyasəti 2020-ci ildə yeni qlobal böhrana səbəb ola bilər. Belə ki, Ağ Ev Çin ilə yanaşı həmçinin öz müttəfiqləri olan Kanada və Avropa Birliyinə də yeni vergilər tətbiq edir. İldə 162.2 milyard dollarlıq neft idxal edən Çin qlobal neft tələbinin 18.6 faizini formalaşdırır. Bu isə o deməkdir ki, Çin iqtisadiyyatının zəifləməsi neftə olan tələbin də azalmasına gətirib çıxaracaq. Qlobal ticarət müharibəsinin digər tərəfində olan ABŞ isə 139.1 milyard dollarlıq neft idxalı ilə bazara çıxarılan ümumi “qara qızıl”ın 15.9 faizini alır. Qlobal böhranın baş verəcəyi halda yenidən neftə tələb azalacaq və bu da 2020-ci ildə “qara qızıl”ın qiymətində enişlə müşahidə ediləcək. Digər tərəfdən, şist neft hasilatındakı artım fonunda OPEK + neft hasilatının gündəlik 1 milyon barel artırılması ilə bağlı bu yaykı qərarının davamı olaraq yenidən hasilatın çoxaltmağı düşünür. Bunlar isə neft bazarı üçün qiymət baxımından yaxşı nə isə vəd etmir. Bu arada Rusiya Mərkəzi Bankının sədri də neftin 1 barelinin qiymətinin yaxın 2 ildə 55 dollaradək azalacağı ilə bağlı proqnozunu bölüşüb. Qlobal ticarət müharibləri və neft hasilatının artırılması fonunda yeni “neft şokunun” yaranması riskləri güclənməkdədir".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
22 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı

























