“Ciddi risklər görürük”
Azərbaycan Mərkəzi Bankı 2018-ci ilin Fevral, Aprel və İyun aylarında faiz endirdikdən sonra Avqust ayında gözləmə mövqeyi tutaraq faizlərdə dəyişikliyə getmədi. Uçot dərəcəsi 10%-də, faiz dəhlizinin aşağı hədd 8%, yuxarı hədd isə 12% səviyyəsində saxlanıldı.
“Marja”nın məlumatına görə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov dünən keçirdiyi mətbuat konfransında bildirdi ki, inflyasiya üçün bir sıra təhdidlər mövcuddur. Bu təhdidlər arasında xaricdən gələn təhdidlər daha ciddidir:
“Azərbaycanda monetar şəraitin yumuşaldılması (faizlərin aşağı salınması) istiqamətində addımlar atmaq üçün potensial mövcuddur. Lakin bu potensialın reallaşdırılması ilin sonuna kimi potensial/risk balansından asılı olacaqdır. Risklərdən xüsusilə xarici riskləri qeyd etmək istəyirəm. Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə cox ciddi məzənnə və inflyasiya volatilliyi (dəyişkənliyi) görürük. Azərbaycana idxalın ciddi arta biləcəyi potensialını (riskini) görürük. Bunlar Azərbaycanın rəqabət qabiliyyətini poza bilər. Ölkəmizin rəqabət qabiliyyətinin qorunması, qeyri-neft sektorunun ixracının artırılması üzrə görülən tədbirlərin effektivliyini qoruyub saxlamaq üçün müəyyən qabaqlayıcı tədbirlər görülüməlidir. Həmçinin biz idxalın kəskin artdığını görürük. İdxalın kəskin artması, neft qiymətlərinin yüksək olması ilə əlaqədar olaraq tədiyyə balansının müsbət olması fonunda inflyasiya potensialı formalaşdıra bilər. Bir sıra digər amillər də bizi məcbur edir ki, bir daha düşünək, hesablamalarımızı bir daha hökumətlə dəqiqləşdirək. Hökumətin planları ilə tanış olmalıyıq, xüsusilə, dövlət tərəfindən tənzimlənən tariflər barədə hökumətin planlarını bilməliyik. Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclasında apardığımız hesablamalar və proqnozlar vasitəsilə qərarımızı verəcəyik. Bir daha deyirəm, faizlərin aşağı salınması üçün potensial var, biz bunu istəyirik. Lakin Mərkəzi Bankın başlıca hədəfə inflyasiya və inflyasiyinın cari və uzunmüddətli intervalda idarə olunmasıdır. Məhz bizim qərarlarımız bu balansa əsaslanır”.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Qeyd edək ki, Rusiya, Türkiyə, Çin, Almaniya, Ukrayna, İran, Belarus və.s Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Son vaxtlar Türkiyə və İranın milli valyutaları daha çox dəyərdən düşüb. Rusiya rublunun məzənnəsi də dəyişkəndir. Bu ölkələrin milli valyutalarının dəyərdən düşməsi Manatın da ucuzlaşdırılmasını tələb edir. Əks halda xarici bazarlarda Azərbaycan ixracatçılarının rəqabət qabiliyyəti azalır, rəqib ölkələrin isə rəqabət qabiliyyətləri artır. Eyni zamanda, Azərbaycanın əsas ticarət tərəfdaşlarının Azərbaycana ixracı artır.
Qeyd edək ki, Aprel ayında Rusiya Rublunun və Türkiyə Lirəsinin dəyərdən düşməsilə Azərbaycan bazarında təşviş yaranmış və dollara tələb kəskin artmışdı.
"Aprel ayında Azərbaycanın əsas ticarət tərəfdaşlarınının valyutalarının ucuzlaşması nəticəsində Manatın məzənnəsinə spekulyativ "hücum" oldu və bu "hücum" dəf olundu”,- Elman Rüstəmov mətbuat konfransında bu məsələyə toxunaraq qeyd etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























