“AtaBank”ın müştərilərinə müjdə - RAHAT VƏ PULSUZ
Bu gün Azərbaycanın qabaqcıl banklarından biri olan “AtaBank” ASC yeni “AtaNet” mobil bankçılıq məhsulunun təqdimat mərasimini keçirib.
Təqdimatda bildirildi ki, “AtaNet” korporativ biznes nümayəndələrinin, sahibkarların və fərdi müştərilərin ehtiyac və tələblərinə uyğun olaraq işlənib hazırlanmışdır.
Yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub. İstifadəçi, birdəfəlik şifrə (OTP) və ya Asan imza ilə yanaşı, smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyərsə həm də barmaq izi ilə əlavəyə daxil olmaq imkanı əldə edə biləcək. Qeyd edək ki, xidmətlərdən istifadə zamanı birdəfəlik şifrələr vasitəsilə təhlükəsizlik tam təmin olunur.
Tədbirdə çıxış edən İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı qeyd etmişdir ki, Bank müştərilərinə daim innovativ məhsullar təqdim edib və edəcəkdir: “AtaBank”ın gələcək illərdə də müştərilərinə ehtiyaclarını tam şəkildə qarşılayan, onlara bankçılıq xidmətlərindən zamanından və məkanından asılı olmayaraq rahatlıqla istifadə edə biləcəkləri imkanı yaradan, təkcə bank deyil, bütün maliyyə məsələləri üzrə dost qurum olaraq qalacaqdır".
“AtaNet” mobil əlavəsi ənənəvi bankçılıqda mümkün bütün əməliyyatları yerinə yetirməyə imkan verən müasir mobil bankçılıq əlavəsidir.
Əlavə olaraq qeyd edək ki, “AtaNet” mobil bankçılığı ilə yanaşı, “AtaNet” internet bankçılığı üzərində bir çox işlər aparılaraq, interfeysi daha da müasirləşdirilərək 2. versiyası artıq müştərilərə təqdim olunub.
Ən əsası isə Bankın müştəriləri üçün “AtaNet”-ə qoşulma və istifadə tamamilə pulsuzdur.
“AtaNet” Mobil Bankçılıq sistemi vasitəsilə aşağıdakı əməliyyatların aparılması mümkündür:
-Cari hesablar, əmanət hesabları, kart hesabları və kredit hesabları haqqında məlumatların əldə edilməsi;
-Cari hesabların və əmanət hesablarının açılışı;
-Müştərinin öz hesabları arasında köçürmələr;
-Bankdaxili köçürmələr;
-Kartların bloklaşdırılması və blokdan çıxarılması;
“SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;
-Bank kartları, o cümlədən virtual kartların sifarişi;
-Ölkədaxili - AZİPS, XÖHKS köçürmələri;
-Ölkəxarici - SWIFT köçürmələri;
-Hökümət ödənişləri – Büdcə, ƏDV və Vergi borclarının ödənişləri;
-Həm AtaBank-a, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;
-Kommunal ödənişlər;
-Əmək haqqı ödənişləri;
-Kredit ödənişləri;
-İpoteka ödənişləri;
-Konvertasiya əməliyyatları.
Həmçinin aşağıdakı məlumatlar əldə edilə bilər:
-Bank haqqında məlumat;
-Filiallar və bankomatlar haqqında məlumat;
-Valyuta məzənnələri.
Bu xidmətlərin sayının davamlı şəkildə artırılması, mobil tətbiqə yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur.
Xidmətdən istifadə etmək üçün IOS və Android istifadəçiləri “AtaNet” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər:
Yükləmə keçidləri:
Google Play: https://play.google.com/store/apps/details?id=com.atabank.ebank
AppStore: https://itunes.apple.com/us/app/atanet/id1340260815?mt=8
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
17 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
























