13 bank xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-ü xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb.
Bunlar "Azərbaycan Sənaye Bankı" (ASB), Pakistan Milli Bankının Bakı filialı, "NBC Bank", İran Milli Bankının Bakı filialı, "Azər-Türk Bank", "Bank BTB", "Access Bank", "Express Bank", "Bank Avrasiya", "Unibank", "Bank Silk Vey", "Bank of Baku" və "Azərbaycan Beynəlxalq Bankı"dır (ABB).
ASB istisna olmaqla adı çəkilən banklar ehtiyatlara ayırmalar üzrə müxtəlif məbləğlərdə qənaət ediblər. Bu baxından ən yüksək göstərici ABB-də (64,404 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (5 min manat) qeydə alınıb.
Qalan 17 bank isə xüsusi ehtiyatların yaradılmasına vəsait ayırıb. Ən çox ayırma "Bank VTB Azərbaycan"da (237,43 milyon manat), ən az ayırma isə "Turan Bank"da (146 min manat) qeydə alınıb.
8 bankın xüsusi ehtiyatların yaradılmasına ayırdığı vəsait artıb
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 8-nin bu ilin yanvar-mart aylarında xüsusi ehtiyatların yaradılmasına ayırdığı vəsait ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar "Kapital Bank", "Ziraat Bank Azərbaycan", "Naxçıvan Bank", "AGBank", "Nikoyl Bank", "Rabitəbank", "Amrah Bank" və "PAŞA Bank"dır. Ən yüksək dinamika "Kapital Bank"da (3,9 dəfə), ən aşağı dinamika isə "PAŞA Bank"da (6,3%) qeydə alınıb.
8 bankın - "Atabank", "Yapı Kredi Bank Azərbaycan", "AFB Bank", "Muğan Bank", "Xalq Bank", "Turan Bank", "Bank Respublika" və "Azərbaycan Sənaye Bankı"nın (ASB) isə xüsusi ehtiyatların yaradılmasına ayırdığı vəsaitin məbləği azalıb. Ən çox azalma ASB-də (100%), ən az azalma isə "Atabank"da (24,6%) baş verib.
3 bank - "Unibank", "Express Bank" və İran Milli Bankının Bakı filialı xüsusi ehtiyatlar üzrə qənaətinin məbləğini müvafiq olaraq 2,6 dəfə, 2,3 dəfə və 25,3% artırıb, 2 bank - "Bank Avrasiya" və "Bank BTB" isə xüsusi ehtiyatlar üzrə qənaətinin məbləğini müvafiq olaraq 64,6% və 83% azaldıb.
6 bank - "Access Bank", "Azər-Türk Bank", "Bank of Baku", "Bank Silk Vey", "NBC Bank" və Pakistan Milli Bankının Bakı filialı bu ilin I rübündə xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb, ötən ilin I rübündə isə ayırıb, 2 bank - "Bank VTB Azərbaycan" və "Günay Bank" isə bu ilin ilk 3 ayında xüsusi ehtiyatların yaradılmasına vəsait ayırıb, ötən ilin ilk 3 ayında isə ayırmayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasına hesablamaq mümkün olmayıb.
ABB xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını açıqlamayıb.
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 26 d. əvvəl
-
- 37 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Ən çox oxunanlar
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək






















