“Kapital Bank”ın əhaliyə verdiyi kreditlər kəskin artıb
2017-ci ildə “Kapital Bank”ın fiziki şəxslərə verdiyi kreditlər 146 milyon manat artıb.
“Marja” Bankın audit olunmuş hesabatına istinadən xəbər verir ki, 2016-cı ilin sonunda fiziki şəxslərə verilmiş kreditlər 499 milyon 761 min manat ikən, 2017-ci ilin sonunda 645 milyon 842 min manata çatıb. Başqa sözlə, əhaliyə verilmiş kreditlər təxminən 30% və ya 146 milyon 81 min manat artıb.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Ötən il “Kapital Bank”ın dövlətə bağlı müəssisələrə verdiyi kreditlər 77 milyon 527 min manat azalaraq 450 milyon 249 min manata, korporativ kreditlər 105 milyon 766 min manat azalaraq 113 milyon 436 min manata, sahibkar olan fiziki şəxslərə verilmiş kreditlər isə 6 milyon 536 min manat azalaraq 12 milyon 55 min manata düşüb.
Fiziki şəxslərə verilmiş ipoteka kreditləri isə 7 milyon manat artaraq 32 milyon 352 min manata yüksəlib.
Ötən ilin sonunda “Kapital Bank”ın xalis kredit portfeli 1 milyard 163 milyon manat təşkil edib. 2016-cı ilin sonunda xalis kredit portfeli 1 milyard 203 milyon manat təşkil etmişdi. Şirkətlərə verilən kreditlərdəki kəskin azalmanın böyük hissəsi əhaliyə verilən kreditlərin atması ilə kompensasiya edilsədə, bu artım cəmi azalmanı tam örtməyə kifayət etməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 11 d. əvvəl
- 12 d. əvvəl
-
-
20 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 38 d. əvvəl
- 49 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
























