13 bankın kreditdən gəlirlərində azalma!
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 16-nın bu ilin yanvar-mart aylarındakı faiz gəlirləri (o cümlədən kredit faizləri gəliri) ötən ilin eyni dövrünə nisbətən çox olub.
Bunlar "AFB Bank", "Rabitəbank", "Zıraat Bank Azərbaycan", "Bank BTB", "Günay Bank", "NBC Bank", "Kapital Bank", "Atabank", "Naxçıvan Bank", "Bank Silk Vey", "Express Bank", Pakistan Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Bank Respublika", İran Milli Bankının Bakı filialı və "Xalq Bank"dır. Ən yüksək dinamika "AFB Bank"da (98,8%), ən aşağı dinamika isə "Xalq Bank"da (2,1%) qeydə alınıb.
13 bankın - "Nikoyl Bank", "PAŞA Bank", "Bank Avrasiya", "Turan Bank", "Azərbaycan Sənaye Bankı", "Azər-Türk Bank", "AGBank", "Muğan Bank", "Access Bank", "Unibank", "Bank of Baku", "Amrah Bank" və "Bank VTB Azərbaycan"ın isə faiz gəlirləri azalıb. Ən çox azalma "Bank VTB Azərbaycan"da (58,4%), ən az azalma isə "Nikoyl Bank"da (3,7%) qeydə alınıb.
ABB faiz gəlirlərinin dinamikasını açıqlamayıb.
AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!
5 bankın faiz gəlirləri 20 milyon manatdan çoxdur
Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin faiz gəlirləri 20 milyon manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (110,651 milyon manat), "Kapital Bank" (73,466 milyon manat), "PAŞA Bank" (40,307 milyon manat), "Xalq Bank" (27,088 milyon manat) və "Access Bank"dır (21,723 milyon manat).
Qalan 25 bankdan 5-də faiz gəlirləri 10-20 milyon manat arasında, 8 bankda 5-10 milyon manat arasında, 10 bankda 1-5 milyon arasında, 2 bankda isə 1 milyon manatdan azdır. Bunlar Pakistan Milli Bankının Bakı filialı (212 min manat) və İran Milli Bankının Bakı filialıdır (763 min manat).
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 7 d. əvvəl
- 8 d. əvvəl
-
-
16 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 34 d. əvvəl
- 45 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!

























