Səhmdarlara qəzəbləndi, səhmləri kəskin düşdü
Elektromobil istehsalçısı Tesla-nın banisi Elon Musk, ötən günlərdə açıqlanan şirkətin ilk rüb maliyyə hesabatlarından sonra investorlar və analitiklərlə sual-cavab tədbiri keçirib. Analitiklərin və səhmdarların suallarını sıxıcı hesab edən Musk, investorlara kəskin cavablar verib.
"Marja" xəbər verir ki, Çərşənbə günü 305 dollara çıxan ancaq dünən 279 dollara qədər enən səhm qiymətlərindən sonra Elon Musk, investorlara "Qiymətlərin qalxıb düşməsinə səbr edə bilmirsinizsə Tesla səhmlərini satın və bir daha da almayın" deyib.
Musk, "gündəlik "al-sat" edənlərin arzularını təmin etmək kimi bir məqsədin yoxdur. Onlar vecimə deyil. Xahiş edirəm, səhmlərimizi satın və bir daha da almayın", - deyib. Musk, analitiklərin, şirkətin 1 milyard dollarlıq nağd pulu "yandırdığına" dair suallara da cavab verməyib.
Toplantının ardından mesajı alan investorlar səhmləri satıb. Nəticədə elektrikli avtomobil nəhəngi Tesla-nın səhmləri 8.9 faiz ucuzlaşıb.
3-CÜ RÜBDƏN SONRA QAZANC ƏLDƏ EDƏCƏK
Analitiklər, Tesla-nın pulsuz qaldığına diqqət çəksələr də Musk bu iddiaları rədd edir və şirkətin bu il kapital ehtiyacının olmadığını və vəsait cəlb etmək istəmədiyini deyir.
"Bloomberg"ə danışan analitik Ceyms Albert , "Aydın görünür ki, Elon Musk yorğun və qəzəblidir. Sərmayədarı danlamaq üçün çox yanlış bir zamandır. Təəssüflənəsi bir andı və birjaya da əks olundu". deyib.
Elon Musk səhmdarlara yazdığı məktubda Tesla-nın 3-ci rübdən etibarən mənfəət əldə edəcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 21 d. əvvəl
-
25 d. əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
-
-
1 saat əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İyunun 25-də gözlənilən hava şəraiti
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
Ən çox oxunanlar
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb




























