Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Mərkəzi Bank sığorta sahəsində yaxın zamanlarda tətbiqinə başlanılacaq layihələri açıqlayıb

Mərkəzi Bank tərəfindən sığorta sektoru ilə bağlı növbəti strateji dövrü əhatə edən yeni inkişaf Strategiyası hazırlanır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank sığorta sahəsində yaxın zamanlarda tətbiqinə başlanılacaq layihələri açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Son illərdə Azərbaycanda sığorta sektorunun inkişafı istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Bu inkişafda sığorta şirkətlərinin xidmət çeşidlərinin genişlənməsi və xidmət keyfiyyətinin artması, əhalinin sığorta məlumatlığının yüksəlməsi, eləcə də Mərkəzi Bank tərəfindən həyata keçirilən sistemli islahatlar mühüm rol oynamışdır".

Marja xəbər verir ki, bunu 11-ci Azərbaycan Beynəlxalq Sığorta Forumunda Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov bildirirb.

O qeyd edib ki, Mərkəzi Bank tərəfindən 3 illik periodu əhatə edən maliyyə sektorunun inkişaf Strategiyası təsdiq edilmişdir. Strategiyada sığorta sektorunun inkişafına və dayanıqlığına xüsusi önəm verilmişdir. Artıq 3 illik Strateji dövrünün sonuncu ilidir və bu 3 il ərzində bir sıra mühüm nəticələr əldə olunmuşdur. Mərkəzi Bank görülən işlər və əldə edilən nailiyyətlərlə bağlı ictimaiyyəti mütəmadi şəkildə məlumatlandırır. İcazənizlə, həmin nailiyyətlərin bəzi əsas istiqamətləri üzərində qısa dayanmaq istərdim:

"Sığortaçılarda yeni idarəetmə modelinin tətbiqinə başlanılmışdır. Sığortaçıların idarəetməsində komitələrin vacibliyi artırılmışdı, müstəqil üzvlərin idarəetmə orqanlarında iştirakı genişləndirilmişdir, daxili nəzarət və risk idaretmə xətləri formalaşdırılmışdır. Bu isə sığortaçıların fəaliyyətini ən yaxşı beynəlxalq təcrübəyə uyğun qurulmasına imkan vermişdir.

Sığorta xidmətlərinin keyfiyyətinin və əlçatanlığın artırılması istiqamətində də mühüm addımlar atılmışdır:

- İcbari avtomobil sığortası üzrə tətbiq olunan yeniliklər risk əsaslı yanaşmaların genişləndirilməsinə, bunun nəticəsində isə sürücülük intizamının artırılmasına və üçüncü şəxslərin səhətinə və əmlakına zərər dəyməsi zamanı təkmil sığorta xidmətlərinin təqdim edilməsinə imkan yaratmışdır.

- Bundan əlavə, bank və sığorta sektorları arasında əməkdaşlıq dərinləşdirilmiş, kredit öhdəlikləri olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə yeni həyat sığortası mexanizmləri tətbiq edilməyə başlanılmışdır.

-Bunlarla yanaşı, rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlər nəticəsində elektron sığorta xidmətlərinin tətbiqi genişləndirilmiş, müqavilələrin bağlanması və xidmətlərin əldə olunması prosesləri daha çevik və rahat olmuşdur.

İş elanları AzVak.az-da

Qeyd olunanlardan əlavə, yaxın zamanlarda tətbiqinə başlanılacaq layihələrimiz də mövcuddur. Belə ki:

-Avtonəqliyyat vasitələrinin könüllü sığortası (Kasko) üzrə yeni yanaşmalar tətbiq olunacaqdır. Bu dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini və istehlakçı məmnuniyyətinin artırılmasını təmin edəcəkdir.

- Daşınmaz əmlakın icbari sığortası üzrə təkmilləşdirmələr katastrofik risklərin təsirinin azaldılmasına, sığorta təminatının daha adekvat olmasına və zərərlərin daha operativ qiymətləndirilməsinə imkan yaradacaqdır.

- Aqrar sığorta sistemi üzrə yeni qanunvericilik təşəbbüsləri hazırlanmışdır. Bu dəyişikliklər sistemin institusional əsaslarının gücləndirilməsinə, risklərin daha dayanıqlı idarə olunmasına və dövlət dəstəyinin effektivliyinin artırılmasına xidmət edəcəkdir.

- Sığorta vasitəçiliyi institutunun inkişafı istiqamətində hazırlanan dəyişikliklər vasitəçilərin peşəkarlığının artırılmasına, sığorta əhatəliyinin genişləndirilməsinə və bazarın inkişafına töhfə verəcəkdir.

- İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanmışdır. Bu məhsul kredit alan şəxslərin maliyyə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcəkdir.

Əliyar Məmmədyarov sektorun əsas statistik göstəriciləri barədə də məlumat verib:

"Sığorta bazarında aparılan təkmilləşmələr sektorun dayanıqlığının möhkəmlənməsinə və inkişaf tempinin sürətlənməsinə mühüm töhfə vermişdir. Bu, son illərdə əsas maliyyə göstəricilərində müşahidə olunan müsbət dinamika ilə də təsdiqlənir. Belə ki, son 2 il ərzində sığorta haqları 23% artaraq 1.5 mlrd. manata, sığorta ödənişləri isə 57% artaraq 0.9 mlrd. manata çatmışdır. Eyni zamanda, sektorun aktivləri 18% artaraq 2.1 mlrd. manat təşkil etmişdir. Sektorun kapital mövqeyi də əhəmiyyətli dərəcədə güclənmiş, məcmu kapitalın həcmi kapital tələblərini iki dəfəyə yaxın üstələmişdir. Bu göstəricilər sığorta sektorunun sağlam inkişaf trayektoriyasında olduğunu və maliyyə sabitliyinin daha da möhkəmləndiyini nümayiş etdirir".

Mərkəzi Bank tərəfindən görüləcək işlər, hədəflərdən danışan Əliyar Məmmədyarov bildirirb:

"Əldə olunan nəticələr mühüm əhəmiyyət daşısa da, qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan strateji hədəflər də kifayət qədər genişdir. Hazırda Mərkəzi Bank tərəfindən növbəti strateji dövrü əhatə edən yeni inkişaf Strategiyası hazırlanır.

Növbəti strateji dövr ərzində:

-     Risk əsaslı prudensial nəzarət modelinin tam şəkildə formalaşdırılması

-     Reaktiv nəzarət modelindən proaktiv nəzarət modelinə keçməsi

-     Xüsusi tənzimləmə rejiminin tətbiqinin genişləndirilməsi

-     Alternativ sığorta məhsullarının (məsələn, takaful sığortası) tətbiqi

-     İstehlakçı hüquqlarının daha etibarlı müdafiəsi və məmnuniyyətin yüksəldilməsi

-      Rəqəmsal innovasiyaların genişləndirilməsi əsas prioritetlər sırasında olacaqdır.

Növbəti strateji dövrdə nəzərdə tutulan bu prioritetlər risklərin daha effektiv idarə olunmasına, innovativ məhsulların bazara çıxarılmasına, istehlakçı tələbinə uyğunlaşdırılmış məhsul və xidmətlərin təqdim olunmasına və nəticə olaraq, sektorun institusional potensialının reallaşdırılmasına öz töhfəsini verəcəyinə inanırıq". 

İş elanları AzVak.az-da

24.06.2026 11:39
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19