Beynəlxalq Bankdan yenilənmiş İnternet bankçılıq xidməti
Müasir dövlət bankı olaraq bir çox innovativ texnologiyaları ilk dəfə ölkəmizə gətirən Azərbaycan Beynəlxalq Bankı dünyanın aparıcı şirkətlərindən olan Backbase şirkətinin platforması üzərində yenilənmiş – “IBAnking” internet bankçılıq xidmətini müştərilərin istifadəsinə verib.
Bankın yaydığı məlumata görə, bu xidmət zaman və məkandan asılı olmayaraq bank hesablarının və kartların idarə olunmasında, müxtəlif ödənişlərin həyata keçirilməsində yeni imkanlar yaradır.
Xatırladaq ki, bundan bir neçə ay öncə Bank öz “IBAm” mobil əlavəsini istifadəyə vermişdi. “IBAm” mobil əlavəsinin istifadəçiləri öz mövcud istifadəçi adları və şifrələri ilə “IBAnking”dən istifadə edə bilərlər. Həmçinin 16 May tarixinə qədər hər iki xidmət üzrə bir çox xidmətlərdən heç bir komisyon haqqı olmadan və endirimli tariflərlə yararlanmaq olar. Müştərilər bu xidmətə həm şəxsiyyət vəsiqəsi və mobil nömrələri vasitəsilə, həm də ATM vasitəsilə qoşula bilər.
“IBAnking” İnternet bankçılıq sisteminin istifadəçiləri aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:
-Hesablar barədə məlumatın əldə edilməsi;
-Müştərinin bankda mövcud olan kreditləri və əmanətləri barədə məlumatların əldə edilməsi;
-Təcili kredit sifarişi sorğusunun yerləşdirilməsi;
-Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;
-Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;
-Kartların bloklaşdırılması və blokdan çıxarılması;
-“SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;
-Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara, həm də xarici ölkələrin VİSA və Mastercard tipli ödəniş kartlarına köçürmələr;
-Müştərinin bankdakı mövcud kartları və cari hesabları arasında köçürmələr;
-Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;
-Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;
-Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.
Bu xidmətlərin sayının davamlı şəkildə artırılması, “IBAnking”ə yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur. Qeyd edək ki, xidmətlərdən istifadə zamanı birdəfəlik şifrələr vasitəsilə təhlükəsizlik tam təmin olunur. Bankın müştəriləri üçün xidmətə qoşulma və istifadə tamamilə pulsuzdur. “IBAnking” xidmətinə Azərbaycan Beynəlxalq Bankının bankomatları, yaxud bu link vasitəsilə qoşulmaq olar: https://ibanking.ibar.az
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























