Məşhur bank kredit şərtərini sadələşdirdi
Bank of Baku kredit şərtlərini sadələşdirib və daha sərfəli edib.
"Marja" Bankın yaydığı məlumata istinadən xəbər verir ki, kredit məbləği 15.000 AZN-dən 20.000 AZN-dək artırılıb, illik faiz dərəcəsi 23%-dək endirilib.Ödəniş müddəti isə 48 ayadək uzadılıb.
Ən mühüm yenilik əmək haqqı tələbinin olmamasıdır. Yəni Bank, bütün sahələrdə çalışan şəxslər üçün minimal əmək haqqı tələbini ləğv edib.
Artıq rəsmi maaşı 150-300 manat civarında olanlar da kredit götürə bilərlər. Məsələn, Bank of Baku, 300 AZN rəsmi gəlirin qarşılığında maksimal 2500 AZN-dək kredit ayıra bilər.
Həmçinin zaminsiz kreditləşmə imkanı yaradılıb. Aylıq gəlirdən asılı olaraq 15.000 AZN-dək kredit zaminsiz verilə bilər.
Sərfəli şərtlər arasında təqdim olunan yeniliklərdən biri də son iş yerində staj tələbinin minimum 6 aydan 3 ayadək endirilməsidir.
Bank çevik rəsmiləşmə həyata keçiriləcəyini bəyan edib. Rəsmiləşdirmə komissiyası isə sadəcə 1% təşkil edir.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulan 20.000 AZN-dək nağd pul kreditindən Azərbaycan Respublikası ərazində yaşayan və qeydiyyatda olan hər kəs faydalana bilər.
Maaş kartı digər banklara aid olan müştərilər də Bank of Baku-ya müraciət edə və 20.000 AZN-dək nağd pul kreditini əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























