"Mən "Ripple"ın gələcəyinə inanmıram" - AZƏRBAYCANLI EKSPERT
"Mən "Ripple"ın gələcəyinə inanmıram və onu bir "coin" kimi qəbul etmirəm"
Bunu "Marja"ya kriptovalyutalar üzrə könüllü məsləhətlər verən Rəşad Camal Mehdiyev bildirib.
"Əslində "Ripple"n strukturuna baxsanız görərsiniz ki, bunun "blokçeyn" (Blockchain) ilə bir əlaqəsi yoxdur. Pulköçürmələrdə aşağı faiz təklif etdiyi üçün bir sıra banklar Ripple ilə əməkdaşlıq edir. Buna görə, Ripple bahalaşıb. Əgər gələcəkdə daha böyük maliyyə təşkilatları daha sərfəli "coin" yaratsalar, Ripple-ın ucuzlaşması riski var. Bu zaman Ripple-da satışlar başlayacaqdır. Əksinə də ola bilər. Ola bilsin ki, Ripple ətrafında daha çox bankları toiplayacaq və onun dəyəri qalxacaqdır. Bir daha qeyd edirəm ki, "coin"lər çox riskli maliyyə məhsullarıdır".
"BU İL 10 DOLLARADƏK QALXA BİLƏR"
Bununla bərabər Rəşad Camal qeyd edib ki, bu il Ripple-ın 10 dollaradək, 2 il ərzində isə 20 dollaradək qalxacağını gözləyir:
"Ripple-ın sonluğunu gözləyirəm. Bir stress həddi var. Çox ehtiyatlı olun. Necə Bitcoin 20 min dollara qalxıb 12 min dollar səviyyələrinədək düşdüsə, Ripple üçün də bu həddi gözləyəcəklər".
Ripple 136 milyard dollarlıq bazar həcmilə, 259 milyard dollarlıq Bitcoin-dən sonra kriptovalyuta bazarındakı ən böyük həcmə malik ikinci virtual puldur. Bu dəqiqələrdə 1 Ripple 3,51 dollardan alıcı tapır. Dünən Ripple-ın qiyməti 3.84 dollaradək qalxmışdı. 2016-cı ilin Yanvarında 1 Ripple-ın qiyməti 0,006 dollar idi.
100 MİLYARD ƏDƏD VAR, 38 MİLYARD ƏDƏDİ DÖVRİYYƏDƏDİR
Ripple 2012-ci ildə qlobal miqyasda maliyyə əməliyyatlarını asanlaşdırmaq məqsədilə bazara çıxarılmışdı. Digər rəqəmsal pul vahidlərindən fərqi olaraq, Ripple-ın qanuni banklarla əlaqələri var. Santander, Bank of America və UBS kimi banklar Ripple platformasını işlədən maliyyə qurumları arasında yer alırlar.
Son həftələr Yaponiya və Cənubi Koreyadakı bəzi maliyyə xidmətləri şirkətləri Ripple texnologiyasına keçəcəklərini açıqlamışlar. Bu açıqlamalar Ripple-ın qiymətinin artımasına səbəb olub.
"Blockchain Momentum"dan Stephen Powaga-ya görə, Ripple və digər bəzi rəqəmsal pulların ən əhəmiyyətli üstünlüyü aşağı komissiya ödənişləridir. Bu da onları analoqlarına nisbətən daha populyar hala gətirir.
Ancaq Bitcoin-dən fərqli olaraq Ripple istifadəçilər tərəfindən "qazılaraq" çıxarılmır. Şirkətin nəzarəti altındadır.
Ripple şirkəti ilk fazada 100 milyard ədəd Ripple yaradıb və hazırda bunun 38 milyardı dövriyyədədir.
Powaga-ya görə ən mühüm risklərdən biri şirkətin əlində qalan digər Ripple-ları nə qədər müddətdə bazara çıxaracağıdır. Məsələn, 4 il içində qalan bütün Ripple-ların bazara çıxarılması halında qiymətlər üzərində ciddi bir təzyiq yarana bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
39 d. əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
1 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
3 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı




























