Azər Türk Bankın atb Junior kartı özünün üstünlükləri ilə fəqrlənir
(®) Dövlət bankı Azər Türk Bank müştərilərinə üşaqları üçün atb Junior adlı debit kartını təklif etməkdədir.
Bankın bu məhsulu 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur.
atb Junior kartının yeniyetmələrin maraq dairəsində olan məkanlarda ödənişlər qarşılığında daha yüksək cashback verilməsi, həmçinin kartın balansını atb.az saytında, atb360 mobil tətbiqi, Bankın terminalları vasitəsilə və ya filiallarda 0% komissiya ilə artırmaq kimi üstünlükləri vardır.
Eləcə də 200 manatadək vəsaitin E-manat, MilliÖn terminalları vasitəsilə karta komissiyasız mədaxili mümkündür. Bu kartla istənilən bankomatda xidmət haqqı tutulmadan 200 AZN-dək nağdlaşdırma etmək olur.
Atb Junior kartının sahibi atb360 tətbiqini mobil telefonuna yükləməklə Google Pay və Apple Pay təmassız ödəniş sistemlərinə qoşula bilir.
Qeyd edək ki, bu kartla mərc oyunları, lotereya və digər bu tipli platformalara girişlər Bank tərəfindən məhdudlaşdırılmışdır. Bundan başqa, uşağa aid olan kart valideynin hesabına bağlandığından onlayn aparılan əməliyyatların təsdiqi üçün təhlükəsizlik kodu valideynin mobil tətbiqinə göndərilir ki, bu da ona övladının xərclərinə nəzarət etməyə imkan verir.
Qeyd edək ki, atb Junior kartlarındakı qalıq vəsaitə illik 6% gəlir hesablanır.
Beşillik xidmət müddətli atb Junior kartını valideynlər Bankın saytında ödənişsiz onlayn sifariş verə bilərlər.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























