“Azərbaycanda satılan TESS çaylarında qurd var" iddialarına Rusiya şirkəti cavab verdi
“TESS” markasının çaylarına dair açıqlama.Son zamanlarda sosial şəbəkələrdə və mediada “TESS” markasına məxsus çaylardan qurd çıxması ilə bağlı yayımlanan xəbərlər haqqında istehsalçı fabrik tərəfindən rəsmi açıqlama verilib.
Marja.az-ın məlumatına görə, “TESS” çaylarının istehsalçısı olan “Orimi” şirkətlər qrupunun məlumatında bildirilir ki, istehlakçıların qurd olduğunu düşündüyü əslində çayın tərkibindəki kapsullaşdırılmış aromatizatorlardır:
““Orimi” şirkətlər qrupunun bəzi məhsullarında, xüsusilə “TESS” çaylarında unikal dad və ətir əldə etmək üçün qida aromatizatorlarından istifadə olunur. Məhsulun tərkibində Rusiya Federasiyası və Avrasiya İqtisadi İttifaqı tərəfindən müəyyən edilmiş normalara uyğun olaraq aromatizatorların mövcud olması qutunun üzərində hər zaman qeyd olunur. “Orimi” şirkətlər qrupu tərəfindən istifadə olunan aromatizatorlar Avropa, Avrasiya İqtisadi İttifaqı, Rusiya Federasiyası, Asiya ölkələri və ABŞ-da qəbul edilmiş bütün təhlükəsizlik tələblərinə uyğundur. “Orimi” qida texnologiyaları sahəsində dünyanın aparıcı istehsalçıları ilə çalışır.
Hazırda qida sənayesində 3 növ qida aromatizatorlarından istifadə olunur: qranula (toz), maye və kapsullaşdırılmış. “TESS” çaylarının istehsalı zamanı kapsullaşdırılmış formada aromatizatorlardan istifadə olunur. Kapsullar qida inqrediyentlərindən hazırlanır və məhsulun ətrinin qalıcı olması üçün optimal vasitə hesab olunur. Bu kapsullar yalnız dəmləmə zamanı açılır və məhsulun son istifadə tarixinə qədər öz xüsusiyyətlərini itirmir.
Beləliklə, istehlakçıların qurd olduğunu düşündüyü əslində çayın tərkibindəki kapsullaşdırılmış aromatizatorlardır. Bundan əmin olmaq üçün çay paketindəki çayın üzərinə isti su əlavə etmək kifayətdir. Bu zaman aromatizator tamamilə həll olacaq.
Fabrikin bütün məhsulları “Qida məhsullarının təhlükəsizliyi”, “Qida məhsullarının etiketlənməsi”, “Qida əlavələrinin, aromatizatorların və texnoloji köməkçi maddələrin təhlükəsizlik tələbləri” haqqında qanunvericilik sənədlərinə tam uyğun şəkildə istehsal olunur”, - açıqlamada bildirilir.
Qeyd edək ki, bir sıra saytların yaydığı xəbərdə bildirilmişdi ki, Bakıda marketdən alınan onlarla “TESS” çay paketinin içərisindən qurd çıxıb. Qeyd edilmişdi ki, bununla bağlı vətəndaşlar şikayət edib. Şikayətçilərin sözlərinə görə, Bakıda marketlərdən alınan “TESS” çaylarının içərisində qurdlar var. Şikayətçilər Bakıdakı əksər marketlərdən alınan “TESS” çaylarında oxşar halla qarşılaşdıqlarını bildirmişdilər.
Rusiya istehsal olan “TESS” çaylarını Azərbaycana Veysəloğlu Şirkətlər Qrupu idxal edir və marketlərə satışa verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
15 d. əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 19 d. əvvəl
-
- 23 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
2 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
3 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























