Çin Yaponiyadan bütün dəniz məhsullarının idxalını dayandırdı
Çin bildirdi ki, Yaponiya 2011-ci il zəlzələsindən sonra sunami nəticəsində zədələnmiş Fukusima Atom Elektrik Stansiyasından radioaktiv tullantı sularını okeana atmağa başladıqdan sonra Yaponiyadan bütün dəniz məhsulları idxalını dayandırıb.Çin Yaponiyadan bütün dəniz məhsulları idxalını dayandırdığını açıqlayıb.
Marja.az-ın məlumatına görə, Baş Gömrük İdarəsinin bəyanatında deyilir ki, qərar “Fukusimadan radioaktiv tullantı sularının dənizə axıdılması nəticəsində yaranan nüvə tullantıları riskinin qarşısının alınmasına, Çin istehlakçılarının sağlamlığının və idxal olunan ərzaq məhsullarının təhlükəsizliyinin qorunmasına” yönəlib.
Bəyanatda qeyd olunub ki, Çin Qida Təhlükəsizliyi Qanunu və onun tətbiqi qaydalarına, İdxal olunan və İxrac edilən Qida Məhsullarının Təhlükəsizliyi haqqında Əsasnaməyə və Ümumdünya Ticarət Təşkilatının Sanitariya və Fitosanitar tədbirlərin həyata keçirilməsinə dair Konvensiyasına uyğun olaraq, Yaponiyadan dəniz məhsullarının idxalı avqustun 24-dən dayandırılıb.
Yaponiyanın baş naziri Kişida Fumio avqustun 22-də Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada Fukusimadan radioaktiv tullantı suyunun okeana axıdılmasına avqustun 24-də başlanacağını açıqlayıb.
Elektrik stansiyasının operatoru olan Tokio Elektrik Enerjisi Şirkətindən (TEPCO) verilən açıqlamada, prosesin bu gün yerli vaxtla saat 13.00-da başladığı açıqlanıb.
Çin Xarici İşlər Nazirliyi Yaponiya hökumətinin tənqid və müxalifətə baxmayaraq, bu addımını pisləyib və etiraz edib və bunu “qlobal ictimai maraqlara məhəl qoymayan son dərəcə eqoist və məsuliyyətsiz bir hərəkət” kimi qiymətləndirib.
Nazirlik Çinin dəniz ekologiyası, qida təhlükəsizliyi və əhalinin sağlamlığının qorunması üçün lazımi tədbirlər görəcəyini bəyan etmişdi.
Daha əvvəl açıqlanan plana əsasən, Yaponiya birinci mərhələdə 7 gün ərzində 7800 ton çirkab sularıı okeana axıdacaq. 2024-cü ilin mart ayına qədər ümumilikdə 31 min 200 ton radioaktiv tullantı sularının axıdılması planlaşdırılır.
Plan regionda yaşayan balıqçıların və ətraf mühitin mühafizəsi fəallarının, eləcə də qonşu ölkələrin, xüsusən də Çinin reaksiyasına səbəb olub.
Tokio hökuməti okeana axıdılması planlaşdırılan radioaktiv tullantı sularının insan sağlamlığı üçün zərərli olduğu barədə tənqidlərə qarşı çıxır.
Beynəlxalq Atom Enerjisi Agentliyi, elektrik stansiyasında apardığı araşdırmalardan sonra iyulun 4-də dərc etdiyi hesabatda Yaponiyanın tullantı sularının axıdılması planının təhlükəsizlik standartlarına uyğun olduğunu bildirib.
2011-ci ilin martında baş vermiş 9 bal gücündə zəlzələ nəticəsində yaranan sunami Fukusima Atom Elektrik Stansiyasında 4 nüvə reaktorundan 3-nə ziyan vurmuşdu.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 55 d. əvvəl
-
- 57 d. əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























