"Expressbank" 2023-cü ilin ilk 6 ayını mənfəətlə başa vurub
"Expressbank" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 6 milyon 320 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 8 milyon 28 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətinin azalması əməliyyat xərclərinin əməliyyat gəlirlərindən daha çox artması və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma ilə əlaqədardır.
Marja.az xəbər verir ki,"Expressbank"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 14,4% aratraq 26 milyon 952 min manat, qeyri-faiz gəlirləri isə 4,2% artaraq 9 milyon 197 min manat təşkil edib.
2023-cü ilin birinci yarısında "Expressbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 36 milyon 148 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 27 milyon 762 min manat, əməliyyat mənfəəti 8 milyon 387 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarında "Expressbank"ın cəmi əməliyyat gəlirləri 32 milyon 386 min manat, cəmi əməliyyat xərcləri 23 milyon 492 min manat, əməliyyat mənfəəti 8 milyon 895 min manat təşkil etmişdi. "Expressbank"ın xalis mənfəətinin cüzi azalması əməliyyat xərclərinin əməliyyat gəlirlərindən daha çox artması ilə əlaqədardır. Belə ki, Bankın əməliyyat mənfəətinin 3 milyon 762 min manat artmasına qarşılıq, əməliyyat xərcləri 4 milyon 270 min manat artıb.
"Expressbank" ASC 2023-cü ilin birinci yarısında mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 535 min manat ayırıb və 1 milyon 531 min manat mənfəət vergsi ödəyib. Ötən ilin eyni dövründə ehtiyatdan azad olmuş 869 min manat mənfəətə əlavə edilmişdi.
BANK BÖYÜYÜB
"Expressbank" cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 12% artaraq 30 iyun 2023-cü il tarixində 489 milyon 458 min manat təşkil edib.
"Expressbank" kredit portfeli (müştərilərə verilmiş kreditlər) 18% və ya 53 milyon 461 min manat artaraq 350 milyon 545 min manata çatıb. Cari ilin ilk 6 ayında "Expressbank"ın istehlak kreditləri portfeli 15 milyon 968 min manat artaraq 175 milyon 337 min manata, biznes kreditləri portfeli 9 milyon 345 min manat artaraq 105 milyon 190 min manata, ipoteka kreditləri portfeli isə 28 milyon 147 min manat artaraq 70 milyon 17 min manata yüksəlib.
"Expressbank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 1,5% və ya 2 milyon 931 min manat aratarq 196 milyon 38 min manata yüksəlib. O cümlədən, fiziki şəxsləri depozitləri 4 milyon 212 min manat artaraq 155 milyon 450 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 1 milyon 283 min manat azalaraq 40 milyon 587 min manata düşüb.
30 İyun 2023-cü il tarixində"Expressbank" 121 milyon 375 min məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
8 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























