Asiya İnkişaf Bankı neftin qiyməti ilə bağlı proqnozunu endirib
Asiya İnkişaf Bankı (ADB) neftin qiyməti ilə bağlı proqnozunu azaldıb.
Bu barədə Bankın hesabatında bildirilib. ADB aprel proqnozu ilə müqayisədə 2023-cü il üzrə "Brent" neftinin qiymətini 8 dollar azaldaraq 80 dollara, 2024-cü ildə isə 6 dollar azaldaraq 84 dollara qədər endirib. Bank qeyd edib ki, iyun ayında "Brent" neftinin orta qiyməti 75,68 dollar/barel səviyyəsində olub ki, bu da apreldəki qiymət artırımdan sonra 14,4%, 2022-ci ilin iyun ayı ilə müqayisədə isə 40,5% azdır.
Bildirilib ki, benzinə artan mövsümi tələbə, "OPEC+" ölkələrinin istehsalın azaldılması kimi amillərlə bağlı gözlənilən bazar sərtləşməsinə baxmayaraq, sənaye fəaliyyətinin zəifləməsi, mərkəzi bankların yüksək uçot faiz dərəcələri və Rusiya Federasiyasından gözlənilmədən yüksək neft ixracı qiymətlərin artmasının qarşısını alıb.
Ümumilikdə isə ADB hesab edir ki, bu ilin qalan dövrü ərzində neft qiymətlərində artım gözlənilsə də, aprel-may aylarında kəskin azalma neftin orta qiymətini aşağı salacaq. Neftin qiymətində artım 2024-cü ildə nisbətən bərpa olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
4 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti




























