Rəcəb Tayyib Ərdoğan “taxıl sazişinin” uzadılacağına ümidini ifadə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz “taxıl təşəbbüsünün” uzadılacağına ümid bəsləyir.
Anadolu agentliyinin yaydığı məlumata görə, Rəcəb Tayyib Ərdoğan təşəbbüsün uzadılmasına dair məsələdə Türkiyə və Rusiyanın ümumi mövqelərə riayət etdiyini xatırladıb. O, həmçinin Rusiya lideri Vladimir Putinin avqust ayında Ankaraya səfər edəcəyini gözlədiyini bildirib.
2022-ci il iyulun 22-də İstanbulda Ukrayna kənd təsərrüfatı məhsullarının beynəlxalq bazara çatdırılması üzrə sənədlər paketi imzalanıb. Razılaşma ilkin olaraq 120 gün müddətinə nəzərdə tutulsa da, sonradan bir neçə dəfə uzadılıb. Rusiya rəhbərliyi dəfələrlə bildirib ki, İstanbul müqaviləsində nəzərdə tutulan Moskvaya aid paketin işə düşməyəcəyi təqdirdə taxıl sazişinin uzadılmasına razılıq verməyəcək.
Xatırladaq ki, sənədin qüvvədə olma müddəti bir neçə gündən sonra, iyulun 17-də başa çatır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
4 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























