Unibankın bir sıra göstəricilər üzrə bazar payı artıb
Bankın aktivləri 1 milyard 446 milyon manatı, depozit portfeli 1,1 milyard manatı ötüb.Son iki il ərzində “Unibank”ın tələbli depozitlər üzrə bazar payında nəzərəçarpacaq artım qeydə alınıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, istər fiziki, istərsə də hüquqi şəxslərin banka etibarının daha da güclənməsi, bu ilin birinci rübünün depozit portfelinin həcmində də özünü göstərib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin ilk rübünün sonuna Bankın ümumi depozitlərinin həcmi 1,1 milyard manatı ötüb. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 11,5 milyon manatdan çox artım deməkdir. Artım həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində özünü göstərib.
Müştərilərin banka etimad göstəricisini ifadə edən daha bir rəqəm olan cari hesab qalıqlarının artımında da ciddi irəliləyiş qeydə alınıb. Həm fiziki, həm hüquqi şəxslərin cari hesab qalıqları 2023-cü ilin 1-ci rübü ərzində artaraq, 326 milyon manatı ötüb. Açıqlanan statistik məlumata əsasən, manat hesablarının payı digər xarici valyuta hesabları ilə müqayisədə üstünlük təşkil edib.
Bu ilin ilk rübü, bankın dayanıqlılığını və dinamik inkişafını göstərən əsas maliyyə göstəriciləri üzrə də nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb. Bankın aktivləri 2022-ci ilin birinci rübü ilə müqayisədə cari ilin müvafiq dövründə 370 milyon manat və ya 35% artıb. Bununla da ilk rüb ərzində bankın aktivləri çoxalaraq 1 milyard 446 milyon manatı ötüb.
Hazırda Unibankı seçən müştərilərin sayı 2 milyona yaxınlaşıb. 2022-ci ilin birinci rübü ilə müqayisədə bankı seçən biznes sahiblərinin sayında da 41%-ə yaxın artım olub.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Köklü bankçılıq təməllərinə sahib olan Unibank, 31 illik uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakı ilə yerli maliyyə bazarına öz töhfəsini verməkdə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
10 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























