"Banklara daha aqressiv nəzarət ediləcək"
Bank iflaslarından sonra FED banklar üçün qaydaları dəyişəcək və daha aqressiv nəzarəti təmin edəcək.ABŞ Mərkəzi Bankı (FED) bu yay banklar üçün kapital qaydalarını sərtləşdirmək planını açıqlayacaq və rəsmi nəzarətçilər banklara daha aqressiv nəzarət edəcəklər.
Marja xəbər verir ki, bunu FED-in Nəzarət üzrə vitse-prezidenti Maykl Barr bildirib.
Barr, FED-in aktivləri 100 milyard dollardan çox olan daha böyük regional banklar üçün qayda dəyişikliklərini "diqqətlə nəzərdən keçirdiyini" söyləyib.
O deyib ki, FED tezliklə kapital və likvidlik qaydalarını yenidən nəzərdən keçirmək planını açıqlayacaq.
Yeni tələblər daha sərt qaydaları ehtiva edəcək
Yeni tələblər daha sərt qaydaları ehtiva edə, o cümlədən kapital səviyyələrini nəzərdən keçirərkən reallaşdırılmamış itkilərin hesaba alınmasını tələb edə bilər. Banklar üçün Tramp administrasiyası zamanından yumşaldılmış qaydaları var.
Silicon Valley Bank və Signature Bank-ın müflis olması qlobal bank səhmlərinin ucuzlaşmasına və böhranın yayılması ilə bağlı narahatlıqlara səbəb olduqdan sonra bank nəzarətçiləri fəaliyyətlərini gücləndiriblər.
Rəsmilər öz hesabatlarında auditorların bəzi məsələlərdən xəbərdar olduqlarını, lakin onları həll etmək üçün kifayət qədər tez hərəkət etmədiyini göstərdikdən sonra daha sərt mövqe tutacaqlarını və auditorları daha aqressiv olmağa təşviq edəcəklərini vəd ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
14 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























