Unibankın biznes kredit portfeli birinci rübdə 300 milyon manata yaxınlaşıb
2023-cü ilin ilk rübü ərzində “Unibank” KB ASC biznes kreditləşməsini xeyli artıraraq, ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib.
Bankın yaydığı məlumatda bildirilir ki, biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə artaraq 290 milyon manata çatıb. Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, “Unibank”ı seçən biznes sahiblərinin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41 %-ə yaxın çoxalıb.
Biznes üzrə digər göstəricilərdə də xüsusi artımlar var. Belə ki, hüquqi şəxs və fərdi sahibkarın hesablaşma kassa əməliyyatları üzrə 14% artım qeydə alınıb. Təkcə korporativ müştəri sayı üzrə artım 38 %-i ötüb. Hüquqi şəxs və fərdi sahibkar olan aktiv müştəri sayı üzrə artım 37 % olub. 2022-ci ilin birinci rübü ilə müqayisədə, bu ilin ilk rübündə korporativ müştərilər üzrə hesablarda qalıq və depozitlər üzrə artım 70 %-ə çatıb. Biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyəti avtomatlaşdırıldığından, biznes sahibləri onlayn xidmətlərə üstünlük verib. Bu, onlayn kreditlərin satışında qeydə alınan artımda özünü göstərir. Onlayn kreditlərin satışının artımı məbləğ olaraq 18 %-i ötüb. Ümumilikdə isə korporativ müştərilər üzrə kredit satışında artım 34 %-dən çox olub. Hüquqi şəxs və fərdi sahibkarlar üzrə işlək kredit portfelinin artımı isə 15 %-ə yaxınlaşıb.
Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi yüksəlmə qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 66 % artaraq, 145 milyon manata çatıb. Portfel üzrə verilən mikrokreditlərin sayı 2022-ci ilin birinci rübü ilə müqayisədə 46 %, müştəri sayı isə 41 % artıb. Ötən ilin uyğun dövrü ilə müqayisədə verilmiş kreditlərin sayında 22 %, məbləğində isə 36 % artım var.
“Unibank”ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, birinci rüb ərzində ayrılan mikrokreditlərin böyük hissəsi avtomatlaşdırılmış formada həyata keçirilib. Verilən kreditlərin 99%-i planşet üsulu ilə rəsmiləşdirilib. Planşetlərdə tətbiq olunan skorinq sistemi isə ötən il sahibkarların kredit almasını dəfələrlə asanlaşdırıb. Scorinqin vasitəsilə bank əməkdaşı rəqəmləri planşetə əlavə etməklə, müştərini avtomatik analiz edərək ona ayrılacaq kreditin məbləğini və şərtlərini anında təyin edə bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
36 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu


























