Bu gün birjalarda ciddi dalğalanmalara səbəb ola biləcək açıqlamalar gözlənilir - GÜNƏ BAXIŞ
Bank sektoru ilə bağlı narahatlıqlara rəğmən, ötən həftə FED və İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini 0.25% artırdılar
FED sədri Jerom Pavel bankın inflyasiya ilə mübarizəni davam etdirəcəyini vurğulayaraq, daha çox faiz artımı ehtiyacını qiymətləndirərkən, gələn məlumatlar, dəyişən iqtisadi mənzərə və xüsusilə kredit sərtləşdirməsinin gözlənilməz təsirləri üzərində fokuslanacaqlarını bildirsə də, toplantıdan sonra da valyuta bazarlarında proqnozlarda ciddi dəyişiklik yaşanmadı. Beləki, investorlar bankın ilin sonuna qədər uçot faiz dərəcəsini 1% aşağı salacağını ehtimal edirlər. Həmçinin növbəti iclasda bankın 80% ehtimalla faiz dərəcələrini dəyişməyəcəyi təxmin edilir.
FED və bazar gözləntiləri arasında uyğunsuzluğun qeyri-müəyyənlikləri artırdığına diqqət çəkən analitiklər, önümüzdəki dövrdə bazarlarda volatilliyin arta biləcəyini vurğulayırlar.
Bu gün Bakı vaxtı ilə saat 12:45-də İngiltərə Mərkəzi Bankının, 17:15-də Avropa Mərkəzi Bankının sədrləri Endryu Beyli və Kristin Laqardın çıxışları, həmçinin saat 18:00-da FED-in sədr müavini Maykl Barrın son bank böhranları və federal tənzimləyici müdaxiləsi ilə bağlı Senatdakı dinləmələr zamanı verəcəyi açıqlamaları birjalarda ciddi dalğalanmalara səbəb ola bilər.
Eləcə də, ABŞ-da dərc olunacaq “Conference Board” İstehlakçıların İnam İndeksi investorların diqqət mərkəzində olacaq.
Kriptovalyuta birjası “Binance” və onun “CEO”-su Çanqpenq Çaoya, iddia edilən tənzimləmə pozuntularına görə qaldırılan məhkəmə iddiasından sonra kriptovalyuta birjalarında da enişlər diqqət çəkir.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 14 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı



























