Yeni Jeep Grand Cherokee - TEZLİKLƏ AZƏRBAYCANDA!
(®) Yeni Jeep Grand Cherokee - Texnoloji cəhətdən daha da inkişaf etmiş, dəbdəbəli və yolsuzluğa uyğunlaşdırılmış Jeep Grand Cherokee-dir.
Tamamilə yenilənmiş Jeep Grand Cherokee modeli yaxın zamanda ölkəmizdə rəsmi nümayəndə “Avtolüks Azərbaycan” MMC şirkəti tərəfindən yerli bazara təqdim ediləcəkdir.
"Müstəsna idarəetmə keyfiyyəti, rahatlıq, funksionallıq və keçilməz maneələri asanlıqla aşma qabiliyyəti, əminliklə Yeni Jeep Grand Cherokee modelini ən çox mükafat qazanan yolsuzluq avtomobili irsinin layiqli davamçısı kimi təqdim etməyə imkan verir. “Jeep Grand Cherokee” bizim qlobal flaqmanımızdır və biz Jeep brendini yüksək keyfiyyət standartları, innovativ texnologiya və intellektual tam ötürücülü sistemlə təchiz edilmiş yeni elektrikli avtomobillər dövrünə aparmağa qərarlıyıq” - deyə Jeep-in baş direktoru Kristian Meunier bildirib.
Öz sinfində unikal, avtomatik tənzimlənən yarı aktiv amortizasiyaya malik Jeep-in Quadra-Lift™ pnevmatik asqısı avtomobilə öz seqmentində 28,7 sm-lik ən yüksək klirens və 61 sm dərinliyində su maneəsini asanlıqla aşmağa imkan verir. Uzun təkər bazalı Yeni Jeep Grand Cherokee avtomobilinin dizaynı həmçinin tam mükəmməldir!
Rahatlıq sevənlər üçün 5 oturacaqlı qısa versiya və eyni zamanda 5 və 7 oturacaqlı uzun versiya model sırasına əlavə olunmuşdur. Hər iki versiya atmosfer və turbomühərriklərlə təchiz edilmişdir.
Azərbaycanda rəsmi zəmanətlə idxal ediləcək yeni model 2.0 litrlik 4 silindirli 272 at gücünə malik turbo mühərriklə və 3,6 litrlik V6 silindirli 293 at gücünə malik atmosfer müərriklə təchiz ediləcəkdir.
Elektron “köməkçilərin” siyahısına adaptiv sürətə nəzarət sistemi, kor zonaların monitorinqi, 360’ kameralar və gecə görmə kamerası, parkinq köməkçisi, yol nişanının tanınması və zolağa nəzarət sistemləri daxildir.
Daha ətraflı məlumat əldə etmək üçün, Jeep rəsmi satış mərkəzi ilə əlaqə saxlaya və yeni model avtomobili öncədən sifariş edə bilərsiniz.
Ünvan : Üzeyir Hacibəyli 57 və Zaur Nudirəliyev 8
Qaynar xətt : 983
Şəhər mömrəsi : 012 4048395
Mobil nömrə: 055 4444700
İnstagram link - https://www.instagram.com/jeep_azerbaijan/
Facebook link - https://www.facebook.com/JeepAutolux
Website link - https://autolux.az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
31 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

























