970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR

AFB Bank 10 milyon dollarlıq istiqraz buraxır
AzVak-mobil_resmin_ustu_31
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
iç səhifə xəbər şəkil altı (mobil)_32

“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti ABŞ dollarında istiqraz buraxır. 

Marja.az bankın baza emissiya prospektinə istinadən xəbər verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 100 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazı buraxılır.

Beləliklə, istiqraz buraxılışının ümumi həcmi 10 milyon ABŞ dolları təşkil edir.

Prospektə əsasən, istiqrazların valyutası ABŞ dollarıdır. Birinci buraxılış üzrə (5 milyon dollarlıq) istiqrazların illik faiz dərəcəsi 7,2 faiz müəyyən edilib.

Birinci buraxılış istiqrazları üzrə ödənilməli olan faizlər istiqrazların tədavül müddətində, yəni yerləşdirilmə tarixindən etibarən 18 ay ərzində, ildə günlərin sayı 360 gün, ayda günlərin sayı isə 30 gün götürülməklə hər 90 gündən bir ödəniləcək.

İkinci buraxılış istiqrazları üzrə tədavül müddəti isə baza emissiya prospektinin Yekun Şərtləri №2 ilə müəyyən olunacaq.

Baza emissiya prospektində qeyd olunur ki, istiqrazlar təmin edilməmiş qiymətli kağızlardır. Bank istiqrazların tədavül müddəti ərzində onların geri satın alınması hüququndan istifadə etməyi nəzərdə tutmur və bu istiqamətdə hər hansı öhdəlik daşımır.

İstiqraz sahibləri emitentin ləğvi və ya müflis elan olunması halında digər tələblər tam ödənildikdən sonra istiqrazların nominal dəyərini və hesablanmış, lakin ödənilməmiş faiz gəlirlərini almaq hüququna malik olacaqlar.

Buraxılacaq istiqrazların anderraytinqi və yerləşdirilməsi “ABB-İnvest İnvestisiya Şirkəti” QSC tərəfindən həyata keçiriləcək. Şirkət 18 sentyabr 2020-ci il tarixli müddətsiz lisenziya əsasında qiymətli kağızlar bazarında əsas və yardımçı investisiya xidmətləri göstərir.

İş elanları AzVak.az-da

Qeyd edək ki, "AFB Bank"ın hər birinin nominal dəyəri 100 manat, sayı 50 min ədəd olmaqla 5 milyon manatlıq istiqrazları da tədüvüldədir.  

AFB Bank AFB Bank istiqraz AFB Bank istiqraz buraxılışı ABŞ dollarında istiqraz dollar istiqrazları bank istiqrazları faizli istiqrazlar təmin edilməmiş istiqrazlar sənədsiz adlı istiqrazlar nominal dəyər 100 ABŞ dolları nominal 10 milyon ABŞ dolları emissiya 7 2 faiz gəlirlik istiqraz gəlirliyi 18 ay tədavül müddəti hər 90 gündən bir faiz ödənişi baza emissiya prospekti qiymətli kağızlar bazarı ABB-İnvest ABB-İnvest İnvestisiya Şirkəti anderraytinq istiqraz yerləşdirilməsi bank sektoru investisiya xəbərləri Marja.az
23.06.2026 09:12
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19