“KazMunayQaz” BTC kəməri ilə neftin nəqlinə başlayır
Fevraldan Qazaxıstanın “KazMunayQaz” neft şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft kəməri ilə neft ixracına başlayacaq.
Bu barədə “Reuters”ə energetika sahəsindəki mənbələrdən məlumat verilib.
Bildirilir ki, fevralda bu tədarükün həcmi 120 min tona çatdırıla bilər. Bu neft “Tengizchevroil” şirkətinin resurslarıdır.
Xatırladaq ki, bundan əvvəl “KazMunayQaz” şirkətindən BTC kəməri ilə illik 1,5 milyon ton neftin daşınması ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqların aparıldığı qeyd edilmişdi.
Qeyd edək ki, Qazaxıstan nefti Azərbaycanın xam malının əsas ixrac marşrutu olan BTC boru kəmərinə qarışıq şəkildə daxil olur. Marşrutun bir hissəsi dəmir yolu ilə, digər bir hissəsi isə Bakıya çatdırılmaq üçün Aktau limanında yüklənərək Xəzər dənizindən keçən kiçik tankerlərlə, sonradan boru kəmərinə doldurulur.
Qazaxıstan 2022-ci ilin yayında tədarükləri diversifikasiya etməyə çalışaraq, Rusiyadan yan keçərək neft ixracını artırmağa çalışır. Lakin hələlik Xəzər Boru Kəməri Konsorsiumu (CPC) əsas ixrac marşrutu olaraq qalır və Rusiyanın Novorossiysk yaxınlığındakı Yujnaya Ozereyevka dəniz terminalında başa çatır və alternativ təchizatın payı azdır.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
19 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu



























