“10 qəpiklik qiymət artımı zərərimizin bir qismini kompensasiya edəcək"
Daşıyıcı şirkətlər avtobuslarda gediş haqlarının artırılması qərarına münasibət bildirib
"Bu vaxta qədər avtobuslarda mövcud olan gediş haqqı məbləği daşıma xərclərini ödəməyə kifayət etmirdi".
Bu barədə açıqlamasında “BakuBus” MMC-nin direktoru Elnur Qarayev avtobuslarda gediş haqlarının artırılması ilə bağlı Tarif (qiymət) Şurasının qərarına münasibət bildirərkən deyib.
“Hazırda bütün sərnişindaşıma şirkətləri zərərlə işləyir. Düşünürəm ki, bu qərar həmin zərərin bir qismini kompensasiya etmək üçün atılan addımdır”, - E.Qarayev bildirib.
“Xaliq Faiqoğlu” MMC-nin mətbuat katibi Nizam Rzayev hesab edir ki, dünyada cərəyan edən proseslər Azərbaycanda da sərnişindaşıma xərclərinin artmasına təsir edib:
“Son illər dünyada baş verən qlobal iqtisadi proseslər, eləcə də 3 ilə yaxındır davam edən pandemiya səbəbindən sərnişindaşıma sektoruna ciddi zərbə vurub, əhalinin sosial-iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına, gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub. Qlobal bahalaşma səbəbindən avtobuslar nəqliyyat vasitələri üçün zəruri olan sürtkü yağlarının, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 80 %-ə qədər artıb. Bu hallar şirkətimizin gəlirlərinin minimum həddə düşməsinə və ümumilikdə cəmiyyətdə ictimai nəqliyyata etimadın zəifləməsinə səbəb olur. Eyni zamanda uzun müddət bu günün bazar reallığından dəfələrlə aşağı olan gediş haqqı tarifi şirkətimizi ciddi maliyyə itkilərinə məruz qoyub”.
N.Rzayevin sözlərinə görə, bununla yanaşı təbii qaz yanacağı (CNG) ilə işləyən 120 ədəd "Avro-6" ekoloji standartlı “OTOKAR” markalı avtobusun alınmasına dair istehsalçı şirkətlə müqavilə imzalanıb: "Müqavilə üzrə sifariş edilən avtobuslardan 2022-ci ilin birinci rübündə 50 ədədini sərnişinlərin xidmətinə vermişik".
Qeyd edək ki, Tarif Şurasının bu gün keçirilmiş növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Aparılan müzakirələrdən sonra ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,4-1 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik olub). Qərar fevralın 3-dən qüvvəyə minir.
Yeni tariflərdən sonra avtobus nəqliyyatı ilə daşımalar üzrə 200 milyon manat əlavə vəsaitin yaranacağı gözlənilir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
25 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
























