Avropa İttifaqı Rusiya neftinin maksimal qiymətini razılaşdırdı
Avropa İttifaqı Rusiya neftinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəlib.Son günlər neft bazarının diqqətlə izlədiyi Rusiya neftinin tavan qiyməti ilə bağlı Avropa İttifaqı (Aİ) daxilində razılıq əldə olunub.
Marja xəbər verir ki, Aİ ölkələri Rusiya neftinə 60 dollarlıq tavan qiymət tətbiq etmək qərarına gəlib.
Rusiya neftinin tavan qiymətinin 60 dollar olması ilə yanaşı, mexanizm də yaradılacaq. Bu mexanizm Rusiya neftinin tavan qiymətini hər 2 aydan bir yenidən qiymətləndirəcək.
Tavan qiymət tətbiqi dekabrın 5-də, Avropa İttifaqının Rusiyadan dəniz yolu ilə xam neft tədarükünün kəsilməsi qərarının qüvvəyə mindiyi vaxt qüvvəyə minəcək.
Belə ki, Rusiya nefti müəyyən edilmiş qiymətdən aşağı qiymətə satılmasa, G7 və Aİ ölkələrindəki şirkətlər bu neftin daşınması, sığortası, təkrarsığortası və broker xidmətlərini göstərə bilməyəcək.
G7 və Aİ ölkələri Rusiya neftinə tavan qiymət tətbiq etmək üçün danışıqlar aparırdılar.
G7 keçən həftə Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətini 65-70 dollar arasında müəyyən etməyi təklif edib.
Rusiya dünya neft hasilatının təxminən 10 faizini istehsal edir.
Digər tərəfdən, Rusiya rəsmiləri tavan qiymət tətbiqinə qatılan ölkələrə neft satmayacaqlarını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
21 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu


























