"Rusiya neftinin qiyməti 50 - 60 dollar səviyyəsində müəyyən edə bilər"
Ötən cümə günü Bloomberg xəbər verib ki, G7 ölkələri noyabrın 23-də Rusiya neftinin qiymət həddinin hansı səviyyədə təyin olunacağını açıqlamaq niyyətindədirlər. Təklif qəbul edilərsə, razılaşdırılmış qiymət həddi axşam elan oluna bilər. Eyni zamanda, agentliyin həmsöhbətləri qeyd ediblər ki, bu elanın vaxtı da dəyişə bilər.
"BCS Mir Investments"in baş analitiki Ronald Smit bildirib ki, ABŞ və Avropa Rusiya neftinin qiymətini bir barel üçün 50 - 60 dollar səviyyəsində müəyyən edə bilər.
"ABŞ və Avropa bir barel üçün 50-60 dollar arasında bir rəqəm tətbiq etməyə çalışacaq. Lakin biz inanmırıq ki, qiymət tavanı faydalı və ya təsirli bir alət olacaq. Rusiya sadəcə olaraq neft ixracından imtina edəcək, bu da dünya neft qiymətlərinin artmasına səbəb olacaq və tavanı təyin edənlərin xərclərini artıracaq”, - deyə Smit qeyd edib.
Ekspert əlavə edib ki, qiymət tavanı siyasəti ilə bağlı problemlərdən biri də odur ki, bəzi Qərb siyasətçiləri Rusiyanın neft hasilatını və ixracını davam etdirməli olduğuna inanırlar.
G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) maliyyə nazirləri sentyabr ayında sanksiyaların genişləndirilməsi çərçivəsində Rusiya neftinə qiymət məhdudiyyətləri tətbiq etmək niyyətlərini təsdiqləyiblər. Avropa İttifaqı oktyabrın əvvəlində Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini təqdim edib. Paketə Rusiya neftinin dəniz daşınması üçün qiymət tavanının müəyyən edilməsi də daxildir. Qiymət limitinin neft üçün 2022-ci il dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən tətbiq ediləcəyi planlaşdırılır.
Rusiya prezidenti Vladimir Putin Qərbin Rusiyanın enerji resurslarının qiymətlərini məhdudlaşdırmaq fikrini şərh edərkən bəyan edib ki, Rusiya qiymət tavanını qəbul edən ölkələrə neft satmayacaq. Baş nazirin müavini Aleksandr Novak da, Rusiyanın, qiymət tavanı təyin edən ölkələrə neft ixrac etməyəcəyini bildirib. Onun sözlərinə görə, bu cür məhdudiyyətlər bazar mexanizminə müdaxilədir və Rusiya bazar şərtləri ilə işləyən ölkələr ilə əməkdaşlıq edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 45 d. əvvəl
- 46 d. əvvəl
-
-
54 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
























