Nikkei indeksi oktyabrın 11-dən bəri ən güclü itkiyə məruz qalıb
Yapon Nikkei Cümə günü 11 Oktyabrdan bəri ən yüksək tempdə - 1,68 faiz ucuzlaşıbYaponiyanın Nikkei indeksi cümə günü düşüb.
MArja xəbər verir ki, ABŞ Mərkəzi Bankından (FED) pul siyasətinin daha da sərtləşdirilməsini təklif edən şərhlər, investorları səhm satmağa məcbur edib.
Nikkei 1,68% ucuzlaşaraq 27 199,74 bənd olub. İndeks oktyabrın 11-dən bəri ən güclü itkiyə məruz qalıb. Topix 1,29% azalaraq 1915,40-a düşüb.
Cümə axşamı ABŞ indeksləri enişini davam etdirib. Fed gözlənildiyi kimi çərşənbə günü uçot dərəcəsini 0,75 bənd artırdı, sədr Cerom Pauel fasilə barədə düşünməyin (faiz artımında - red.) "hələ çox tez" olduğunu söylədi və əsas faiz dərəcəsinin pik nöqtəsi ehtimal ki, əvvəllər nəzərdə tutulandan daha yüksəkdir.
Analitiklər bildirib ki, investorlar aşağı yönlü risklərdən narahatdırlar.
Eyni zamanda, yapon investorlarını Çin indekslərinin artımı bir qədər həvəsləndirib. Honq Konq-un Hang Seng indeksi, Çin şirkətlərinin müsbət maliyyə nəticələri və koronavirus məhdudiyyətlərini yumşaldılacağı ilə bağlı xəbərlər fonunda təxminən 6% yüksəlib.
Nikkei-nin 225 komponenti arasında 182-si azalıb, 39-u artıb və 4-ü dəyişməz olaraq qalıb. İndeksin bütün sektorları gerilyəib. Texnologiya sektoru 2,23%, neft-qaz sektoru isə 0,34% azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 10 d. əvvəl
-
17 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
-
30 d. əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
























