Toyota Prius ətrafında şayiələr - Həqiqi səbəb nədir?
"Qəzaların səbəbi Toyota Prius-dur" iddialarına cavab. “Toyota Qafqaz” şirkəti: "Qəzaların səbəbi Toyota Prius deyil, bu avtomobilləri idarə edən bəzi sürücülərin təcrübəsizliyi və avtomobillərinin texniki vəziyyətinə laqeyd yanaşmalarıdır".“Toyota Qafqaz” şirkətinin Azərbaycan üzrə direktoru Rəşad Saracov suallarımızı cavablandırıb.
- Rəşad bəy, son dövrlər taksi kimi fəaliyyət göstərən avtomobillərin adı yol-nəqliyyat hadisələrində daha çox hallanır. Sizcə, bu nə səbəbdən baş verir?
-Son dövrlərdə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sayı kifayət qədər artıb. Çox təəssüf ki, bu artışla birlikdə təcrübəsiz sürücülərin sayı da çoxalıb və elə bu səbəbdən də taksi kimi fəaliyyət göstərən avtomobillərin adı tez-tez qəzalarda hallanır. Əlavə olaraq qeyd etmək istərdim ki, sürücülərin ehtiyatsızlığı və tələskənliyi də qəzaların baş verməsində ən böyük səbəblərdən biridir.
Sürücülərə məsləhətimiz sükan arxasında avtomobillərini diqqətlə, təmkinlə və qarşılıqlı hörmət əsasında idarə etmələridir.
- Bu qəzaların əsasən Toyota Prius-larla baş verməsi barədə iddialar var. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, belə bir tendensiyanın yarandığından xəbərdarıq. Ancaq qəzaların səbəbi Toyota Prius deyil, bir az əvvəl də qeyd etdiyim kimi bu avtomobilləri idarə edən bəzi sürücülərin təcrübəsizliyi və avtomobillərinin texniki vəziyyətinə laqeyd yanaşmalarıdır.
Fürsətdən istifadə edərək qeyd edim ki, ölkəyə daxil olan işlənmiş avtomobillər, həmçinin işlənmiş Toyota Prius-lar bəzən sellər nəticəsində batmış və ya ciddi qəzadan çıxmış, bərpa olunmuş avtomobillərdir. Onların heç də hamısı texniki baxımdan sağlam vəziyyətdə olmur. Bu avtomobillərə texniki qulluq peşəkar olmayan şəxslər tərəfindən aparılır və çox hallarda avtomobillərdə saxta ehtiyat hissələrinin istifadəsi halı yaşanır. Təbii olaraq orijinal olmayan hissələr daha tez aşınır və bəzi hallarda qəzalara səbəb ola bilir.
Ümumiyyətlə, avtomobil sahiblərinə tövsiyəmiz avtomobillərinin istismar müddətini uzatmaq üçün mütləq rəsmi mərkəzlərin təklif etdiyi xidmətlərdən və orijinal ehtiyat hissələrindən istifadə etmələridir.
-Qəzaların yaranma səbəblərində avtomobilin istismara tam faydalı olmaması ciddi səbəblərdən biri ola bilər?
-Bəli, əlbəttə.
-Məsələn, ola bilər ki, avtomobildə hansısa kiçik nasazlıq əmələ gəlir. Bu, ümumi gedişə hələlik təsir etmədiyi üçün sürücü servis xidmətinə müraciət etməyi gecikdirir və ya ciddi təhlükəyə səbəb olana qədər avtomobili idarə etməyə davam edir. Bu kimi laqeyd yanaşma daha ciddi fəsadlara gətirib çıxarır.
Nasazlıq zamanı sürücülər dərhal servis mərkəzlərinə müraciət etməlidirlər. Ümumiyyətlə, istismarda olan hər bir nəqliyyat vasitəsi periodik texniki müayinə və servis xidmətini keçməlidir. Yaxşı olardı ki, rəsmi servis mərkəzlərinə üstünlük versinlər, çünki yalnız rəsmi servislərdə peşəkar, istehsalçı tərəfindən sertifikatlaşdırılmış texniki heyət mövcuddur.
- Rəsmi servis mərkəzini seçməkləri mütləqdirmi? Nə kimi müsbət tərəfləri var?
- Əslində rəsmi servis mərkəzlərinə müraciət etdikdə avtomobil sahibləri bir növ özlərini sığortalayırlar. Rəsmi servis mərkəzləri istehsalçı tərəfindən təsdiqlənmiş, fəaliyyət hüququ əldə etmiş və yüksək istehsalçı standartlarına sahib olan yeganə təmsilçilərdir.
Məsələn, Toyota olaraq rəsmi mərkəzlərdə avtomobilə qulluq edən bütün texniki heyət yalnız istehsalçının keçirdiyi sertifikasiya proqramını uğurla bitirdikdən sonra avtomobilə xidmət etmə icazəsi əldə edir. Burada əsas məqsəd yalnız ən yüksək müştəri dəyərinin yaradılmasıdır.
Rəsmi dilerlər ehtiyat hissələrinin Toyota spesifikasiyalarına uyğun hazırlanmasına və mükəmməl qaydada uyğun gəlməsinə 100% zəmanət verirlər. Ən əsas məqam odur ki, zəmanətli xidmət yalnız rəsmi dilerlərdə aparıla bilər.
Bunu da əlavə edim ki, rəsmi servis mərkəzlərində mütəmadi olaraq xüsusi servis kampaniyaları keçirilir, nəqliyyat vasitəsinin Sağlamlığının Müayinəsi prosesləri aparılır. Bunlardan yararlanmağı məsləhət görürük.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
7 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
9 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 11 saat əvvəl
-
11 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
























