ABŞ hakimiyyəti ehtiyatdan daha 10-15 milyon barel neft satmağı planlaşdırır
Bloomberg-in jurnalisti Cennifer Jacobs mənbəyə istinadən bildirib ki, benzinin bahalaşmasının qarşısını almaq üçün belə tədbirlər görüləcək.ABŞ hakimiyyəti strateji ehtiyatdan daha 10-15 milyon barel neft satmağı planlaşdırır.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Twitter-də Bloomberg-in jurnalisti Cennifer Ceykobs öz mənbəsinə istinadən məlumat verib.
Məlumata görə, ABŞ prezidenti Co Baydenin administrasiyası “bazarda tarazlığı saxlamaq və benzinin qiymətinin artmasının qarşısını almaq üçün ölkənin strateji ehtiyatından daha 10-15 milyon barel neft satmaq niyyətindədir”.
Bayden martın 31-də bəyan etmişdi ki, ABŞ ölkədə benzinin qiymətini aşağı salmaq üçün altı ay ərzində strateji milli ehtiyatından gündəlik 1 milyon barel neft satılacaq. Oktyabrın sonuna qədər 180 milyon barel neftin satılması planlaşdırılırdı, lakin son məlumatlara görə, bazara 155 milyon barel neft göndərilib. Eyni zamanda, ABŞ Energetika Nazirliyi ehtiyatdan hasil edilən neftin satışından əldə olunan gəliri növbəti illərdə enerjinin alınması və onun doldurulması üçün istifadə edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 33 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
3 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
4 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Ən çox oxunanlar
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı




























