Tam hibrid model Haval H6 Hev və yeni Dargo avtomobilləri Bakıda təqdim edildi - QİYMƏTLƏR
Haval H6 Hev Çin avtomobil seqmentində ölkəmizə gətirilən ilk və yeganə tam hibrid modeldir.(®) Haval avtomobillərinin tək rəsmi distribyuteri “Haval Azərbaycan”, yeni “Haval H6 Hibrid” və “Haval Dargo” modellərinin rəsmi təqdimat mərasimini keçirib.
“Marriott Baku Boulevard” hoteldə keçirilən təqdimat mərasimində şirkətin partnyorları və müştəriləri, həmçinin tanınmış şəxslər iştirak etmişdir.
Yeni modellərin təqdimat çarxının nümayişindən sonra geri sayımla birlikdə yeni modellər qonaqlara təqdim edilib.
“Haval H6 HEV”, Çin avtomobil seqmentinin uğurlu krossover avtomobili, Haval H6-nın yeni nəsli hesab olunur. Hibrid texnologiyası vasitəsi ilə 100 km-ə 5.2 litr yanacaq sərfiyyatı ilə qənaət edə və minimal karbon emisiyası ilə ekologiyanın qayğısına qala bilərsiniz.
Qeyd edək ki, Haval H6 Hev Çin avtomobil seqmentində ölkəmizə gətirilən ilk və yeganə tam hibrid modeldir.
Hibrid elektrik və daxili yanma mühərriki birlikdə 243 at gücü və 530 NM fırlanma anına malikdir.
Tam yeni seqmentdə təqdim olunan “Dargo” şəhər yolsuzluq avtomobillərindən daha əyləncəli, sərt üslublu yolsuzluq avtomobilindən isə daha rahat olacağı vurğulanmışdır.
Bu yeni model təkmilləşdirilmiş 2.0 T mühərrik, 7 pilləli, iki muftalı transmissiya, 146 kVt mühərrik nominalı və 325 NM maksimum fırlanma anına malikdir.
Yeni “Haval H6 HEV” modelinin satış qiyməti 57 900 manat, “Dargo” modelinin satış qiyməti isə 62 900 manat təşkil edir. Nəzərinizə çatdıraq ki, Haval H6 Hibrid modelini sərfəli şərtlər daxilində ilkin 11 580 azn, illik cəmi 11% olmaqla 5 illik kreditlə əldə edə bilərsiniz.
Daha ətraflı məlumat üçün *7999 qısa nömrəsinə zəng edə və ya “Haval Azərbaycan”ın Babək prospekti 282 ünvanında yerləşən avtosalonunu ziyarət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
8 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 10 d. əvvəl
-
-
15 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
20 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
4 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























