"Böhran kahini"ndən ikibaşlı ssenari
Qlobal maliyyə böhranını proqnozlaşdırmaqla tanınan iqtisadçı Nouriel Roubini ABŞ iqtisadiyyatında ya kəskin tənəzzül ya da uzunmüddətli yüksək inflyasiya proqnozlaşdırır.ABŞ Mərkəzi Bankının (Fed) son illərdəki ən aqressiv faiz artırımı qərarlarını nəzərə alan iqtisadçı Nouriel Roubini ABŞ iqtisadiyyatı üçün iki ssenari proqnozlaşdırır: kəskin tənəzzül və ya davamlı yüksək inflyasiya.
Marja xəbər verir ki, 2018-ci il maliyyə böhranı zamanı verdiyi proqnozlara görə "böhran kahini" və "cənab fəlakət" kimi tanınan "Macro Associates"in təsisçisi və baş direktoru Nouriel Roubini deyib: "İnflyasiyanın 2 faizə endirilməsi üçün Fed faiz dərəcəsini 4 faizdən xeyli yuxarı qaldırmalıdır. Fikrimcə, bu, 4,5-5 faiz olmalıdır”.
Bloomberg TV-nin yayımında çıxış edən Roubini, “Əgər bu baş verməsə, inflyasiya nəzarətdən çıxacaq. Amma bu baş verərsə (Fed faizini daha çox artırsa -red ), kəskin tənəzzül baş verəcək”, - deyib.
FED üzvlərinin proqnozlarına görə, faiz dərəcələri bu ilin sonunda 3- 3,75 faiz civarında, 2023-cü ilin sonunda isə təxminən 3,8 faiz səviyyəsində gözlənilir.
"Bu, kifayət qədər yüksək deyil", -Roubini bildirib.
Roubini, “Bazarların FED-in gələn il pul siyasətində istiqaməti dəyişəcəyi və faiz dərəcələrini aşağı salmağa başlayacağı ilə bağlı gözləntiləri mənə yuxu kimi görünür", -əlavə edib.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
-
3 saat əvvəl
İSB: Xarici ölkə vətəndaşları Azərbaycana gəlmədən sığorta məhsulu əldə edə bilər
-
3 saat əvvəl
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İyunun 25-də gözlənilən hava şəraiti
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Ən çox oxunanlar
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar



























