ABŞ Rusiyanın 2 böyük bankını sanksiya siyahısına daxil etdi
Rusiyanın VEB və PSB bankları və 42 törəmə şirkəti, o cümlədən Kremlə bağlı 5 nəfər sanksiya siyahısına əlavə edilib.Rusiyanın Ukraynanın şərqindəki rusiyayönlü separatçıların qondarma administrasiyalarını rəsmən tanımasından sonra ABŞ Maliyyə Nazirliyi Rusiyanın 2 bankına və 42 törəmə müəssisəsinə və 5 nəfərə sanksiya tətbiq etmək qərarına gəlib.
"İqtisadi sanksiyalar Rusiyanın Donetsk və Luqansk vilayətlərindəki hərəkətlərinə cavab olaraq tətbiq ediləcək", - ABŞ Xəzinə Nazirliyinin bəyanatında deyilir.
Marja xəbər verir ki, açıqlamada Rusiyanın 2 bankı Vneşekonombank (VEB) və Promsvyazbank (PSB) və onun 42 törəmə bankının sanksiya siyahısına daxil edildiyi qeyd edilib.
Bəyanatda Rusiyanın 2 böyük maliyyə qurumuna qarşı sanksiyaların ölkənin qonşularına qarşı “təcavüz”ünü maliyyələşdirmək imkanlarına yönəldiyi bildirilib və bu qurumların ümumi aktivlərinin 80 milyard dollardan çox olduğu və Rusiyanın müdafiə sektorunu və iqtisadi inkişafını maliyyələşdirdikləri qeyd edilib.
Açıqlamada, sözügedən sanksiya qərarı ilə bu qurumların ABŞ-dakı aktivlərinin dondurulacağı, ABŞ fərdləri və müəssisələri ilə hər hansı əməliyyatlar aparmalarının qadağan ediləcəyi, təşkilatların qlobal maliyyə sistemindən uzaqlaşdırılacağı və ABŞ dollarına çıxışı bloklanacaq.
Rusiyanın maliyyəyə çıxışına qadağa
Açıqlamada Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsindən 5 nəfərin sanksiya siyahısına daxil edildiyi, onların arasında Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının daimi üzvü Denis Aleksandroviç Bortnikov ilə oğlu Aleksandr Vasilieviç Bortnikov, PSB-nin icraçı direktoru Petr Mixayloviç Fradkov və Prezident xüsusi katibinin müavini Sergey Vladilenoviç Kiriyenko və oğlu Sergey Vladilenoviç Kiriyenkonun olduğu bildirilib.
Açıqlamada Rusiyanın dövlət borcu ilə bağlı əməliyyatlara qoyulan məhdudiyyətlərin də artırıldığı vurğulanıb və bu məhdudiyyətlərin Rusiya hökumətinin maliyyələşdirməsini əhəmiyyətli dərəcədə maneə törədəcəyi bildirilib.
“Tərəfdaşlarımız və müttəfiqlərimizlə koordinasiyalı şəkildə qəbul edilən qərarlar ilə Kremlin maliyyə şəbəkəsini, onun Ukraynada və dünyada sabitliyi pozan fəaliyyətini maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq prosesinə başlayırıq”, - ABŞ Maliyyə naziri Janet Yellen bildirib.
Rusiyanın hərəkətlərini izləməyə davam etdiklərini bildirən Yellen, Rusiyanın Ukraynaya daha da təcavüzü halında ABŞ-ın tezliklə Rusiya iqtisadiyyatına ciddi və qalıcı təsir göstərəcək hərtərəfli iqtisadi sanksiyalar tətbiq ediləcəyini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 34 d. sonra
-
16 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 17 d. əvvəl
-
-
24 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
30 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
42 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 46 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























