Rusiyada inflyasiya daha da sürətlənib - 5 İLİN ƏN YÜKSƏK SƏVİYYƏSİNDƏ
Rusiyada illik inflyasiya 2021-ci ilin oktyabr ayında 8,13%-ə yüksələrək, 2016-cı ilin fevral ayından bu yana ən yüksək səviyyəyə çatıb.Rusiyada illik inflyasiya oktyabrda bir ay əvvəlki 7,4%-ə qarşı 8,13%-ə yüksəlib
Oktyabrda Rusiyada illik inflyasiya sentyabrdakı 7,4%-ə qarşı 8,13%-ə qədər sürətlənib. Marja.az Rusiya Federal Statistika Xitmətinin ("Rosstat) məlumatına istinadən xəbər verir ki, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) aylıq ifadədə 1,11% artıb.
Oktyabrda ərzaq məhsulları sentyabr ayına nisbətən 2,17%, illik ifadədə isə 10,89%, qeyri-ərzaq məhsulları müvafiq olaraq 0,78% və 8,17% bahalaşıb. Oktyabrda xidmətlərin dəyəri aylıq ifadədə 0,01%, illik hesablamada isə 4,36% artıb.
Hesabata görə, ölkədə qida qiymətləri bu ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 10,89% artarkən, qiyməti ən çox artan əsas qida məhsullarından xiyarın qiyməti 90%, kartofun qiyməti 76%, pomidorun qiyməti isə 65% yüksəlib.
Qida məhsulları
Sentyabr ayı ilə müqayisədə oktyabrda xiyarın qiyməti- 48,7%, pomidorun - 43,8%, kartofun - 15,5%, portağalın - 10,7% və bananın qiyməti 5,8% artıb. Eyni zamanda, limon - 14,9%, alma - 5%, soğan - 2,4%, üzüm - 1,9%, yerkökü - 1,8% və ağ kələm - 0,2% ucuzlaşıb.
Dərmanlar və qeyri-ərzaq malları
Oktyabrda əsas və zəruri dərmanlar orta hesabla 0,3% bahalaşıb.
Həmçinin kibritlərin qiyməti 2,5%, sabun 1,7%, yuyucu tozlar, yaş salfetlər 1,2%, tualet kağızı, masa salfetləri 1%, səthi dezinfeksiya edən vasitələr 0,9%, uşaq bezləri 0,8% bahalaşıb.
Oktyabr ayında ölkədə avtomobil benzini, dizel yanacağı, kömür, yerli yeni və idxal edilmiş ikinci əl avtomobillər, stolüstü kompüter monitorları, televizorlar, elektrik tozsoranları, müəyyən növ geyimləy, ayaqqabılar, mebel, qab-qacaq, parfümeriya və kosmetika məhsulları və s. bahalaşıb.
Oktyabr ayında turizm xidmətlərinin qiymətində də artım qeydə alınıb. Digər xidmətlər də bahalaşıb.
Qiymətlərin yüksəlməsinin əsas səbəbi olaraq təklif və tələb bazarındakı balanssızlıq göstərilir.
Həmçinin oxu
Məhsulunuz müştərilərlə necə görüşür?Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 14 d. əvvəl
-
18 d. əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
-
-
1 saat əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İyunun 25-də gözlənilən hava şəraiti
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
Ən çox oxunanlar
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb





























