Dövlət başçısı: “Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər”
“Onların tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb”.
Marja xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.
Dövlət başçısı deyib ki, Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər:
“Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar. Müharibə dövründə biz Ermənistan rəsmi orqanlarından nə qədər yalan eşitdik. Onların Müdafiə Nazirliyindən, - yəqin ki, onun adını gərək dəyişdirib yalan nazirliyi qoysunlar, - o qədər yalan, o qədər cəfəng informasiyalar gəlirdi ki, həm biz, həm də beynəlxalq ekspertlər, sadəcə olaraq, təəccüb edirdilər. Hadrutla bağlı bu yalanın dərəcəsi ən pik həddə çatmışdı. Çünki Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı. Birincisi ona görə ki, onlar hesab edirdilər, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz. İkincisi ona görə ki, Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun inzibati mərkəzi idi, rayon mərkəzi idi. Ermənistan rəhbərliyi və Ermənistan ictimaiyyəti gördü ki, bizim üçün bütün torpaqlar bizim torpaqdır - istər Füzuli olsun, istər Cəbrayıl olsun, istər Zəngilan olsun, istər Hadrut olsun, Şuşa olsun, Suqovuşan olsun. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq. Ermənistan artıq kapitulyasiya aktına imza atmağa hazır olduqdan, bizə bu haqda məlumat daxil olduqdan sonra dedik ki, bəli, dayanırıq və dayandıq, qalan rayonları siyasi yollarla geri qaytardıq. Ona görə Hadrut əməliyyatının həm strateji, həm tarixi, həm mənəvi-psixoloji baxımdan çox böyük əhəmiyyəti var idi. Bu gün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilmişdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 22 d. əvvəl
- 23 d. əvvəl
-
-
31 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!


























