Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib
Oktyabrın 1-də Yaponiyada koronavirus pandemiyasına görə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv olunub. Bununla yanaşı, bütün ölkə ərazisində koronavirusa qarşı gücləndirilmiş tədbirlər də aradan qaldırılıb.
Bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa bir gün əvvəl keçirdiyi mətbuat konfransında bəyan edib.
Qeyd edək ki, Yaponiyada fövqəladə vəziyyət rejimi yayın əvvəllərində qüvvəyə minib və sentyabrdan bu rejim ölkənin 19 prefekturasına tətbiq edilirdi. Buraya paytaxt Tokio da daxil olmaqla qonşuluqda yerləşən Kanaqava, Saytama, Çiba və ölkənin qərbindəki Osaka, Kioto, şimalda Hokkaydo və cənubda Okinava prefekturaları daxil edilmişdi. Kaqoşima, Kumamoto və Fukuşima prefekturalarında isə qismən yumşaq məhdudiyyət tədbirləri tətbiq olunurdu.
İyulun sonları avqustun əvvəllərində, Tokioda Olimpiya Oyunları təşkil edilən zaman ölkədə yoluxma halında böyük sıçrayış baş verib. Paytaxtda hər gün yoluxma sayında antirekordlar qeydə alınırdı. Lakin son həftələr ərzində vəziyyət xeyli yaxşılaşıb. Belə ki, sentyabrın 30-da ölkə üzrə cəmi 1500 yeni yoluxma halı qeydə alınıb, 42 nəfər həyatını itirib. Həmçinin bildirilir ki, pandemiyanın davam etdiyi bütün dövr ərzində Yaponiyada 1,7 milyon yoluxma qeydə alınıb, 17,6 min nəfər isə həyatını itirib.
Hökumətin yaydığı məlumata görə, ölkə üzrə virusa qarşı vaksinasiya olunanların ümumi sayı 75 milyon nəfərə çatıb və bu ölkə əhalisinin 59,3 faizi deməkdir. Ümumilikdə ölkə üzrə 88,6 milyon nəfər isə (70 faiz) vaksinin bir dozasını qəbul edib.
Yaponiya hökuməti noyabrda vaksinasiya olunmaq istəyənlərin hamısının peyvəndin hər iki dozasını qəbul etməsini planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 d. sonra
-
33 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 34 d. əvvəl
-
-
41 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
47 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
59 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb


























